Bergen-Belzen

Bergen-Belzen (alm. Bergen-Belsen) və ya sadəcə Belzen (alm. Belsen) — Almaniyanın Hannover vilayətində (indiki Aşağı Saksoniya), Belzen kəndindən 1 mil (1.6 km) məsafədə və Bergen şəhərindən bir neçə kilometr cənub-qərbdə yerləşən nasist həbs düşərgəsi.

Azad edildikdən sonra düşərgənin gprünüşü.

Məhbuslara rəftar

Hazırkı hesablamalara görə, həbs düşərgəsinin 1943-cü ildən 1945-ci ilə qədər fəaliyyət göstərdiyi dövrdə orada olan məhbusların sayı 120 min nəfərə yaxındır. SS qulluqçularının düşərgənin dosyelərini məhv etməsi səbəbilə onların demək olar yarısının, təxminən 55 min nəfərinin adı məlum deyil.[1]:269 SS-nin məhbuslarla rəftarı düşərgənin ayrı-ayrı hissələrinə uyğun olaraq dəyişirdi. Düşərgəyə mübadilə ilə gələn məhbuslara, ən azı ilkin vaxtlarda digər məhbuslardan daha yaxşı rəftar edirdilər.[1]:187

Bergen-Belzen həbs düşərgəsində ölüm halları
1944-cü ilin dekabrından 15 aprel 1945-ci ilə qədər[1]:232–233
dekabr 1944 ən azı 360
yanvar 1945 təqribən 1,200
fevral 1945 təqribən 6,400
mart 1945 ən azı 18,168
aprel 1945 təqribən 10,000

Müharibədən sonra düşərgənin və ya bəlkə də bir hissəsinin digərləri ilə müqayisədə "imtiyazlı xarakter"ə malik olduğu iddiaları yayılmışdır. Saloniki yəhudi icması kollaborator olduğu 55 nəfərin 53-nün almanlar tərəfindən Bergen-Belzenə "xüsusi lütfkarlıq" kimi göndərilməsi iddiasına görə kollaborator olduğu iddia olunan şəxslərə qarşı məhkəmə işi açmışdır.[2]

İstinadlar

  1. Knoch, Habbo, redaktor Bergen-Belsen: Wehrmacht POW Camp 1940–1945, Concentration Camp 1943–1945, Displaced Persons Camp 1945–1950. Catalogue of the permanent exhibition. Wallstein. 2010. ISBN 978-3-8353-0794-0.
  2. "Salonika Jews Sponsor Trial Of Collaborators". Jewishvirtuallibrary.org. 11 sentyabr 1945. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2022.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.