Berd Hava Limanı
Berd Hava Limanı — (erm. Բերդ օդանավակայան) — Ermənistan Respublikasının Tavuş mərzinin mərz mərkəzi olan Berd şəhəri yaxınlığında yerləşən mülki hava limanı.[1]
Berd Hava Limanı | |
---|---|
40°54′ şm. e. 45°28′ ş. u. |
|
IATA: yoxdur – ICAO: yoxdur | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Ermənistan |
Hal-hazırda fəaliyyətsiz olan hava limanından Sovet dövründə yerli uçuşlar üçün istifadə olunurdu. Hava limanının fəaliyyətini dayandırmasının əsas səbəbi Azərbaycan Respublikası sərhədinə yaxın ərazidə (Tovuz rayonu ilə sərhəddə), aktiv müharibə ocağının yaxınlığında yerləşməsi və tez-tez atəşə tutulması idi.[2]
1,998x45 m ölçülərində asfalt-beton səthə malik olan hava limanının uçuş zolaqları 13/31 istiqamətindədir.
İstinadlar
- "Our Airports: Berd Airport". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
- Armenia's Southern Kapan airport may restart operations Arxivləşdirilib 2018-07-02 at the Wayback Machine 29.08.2013 www.arka.am (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.