Ber çömçəxulu
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Ber çömçəxulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Dəstə: Fəsilə: Cins: Növ: Ber çömçəxulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
Əsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır.
Morfoloji əlamətləri
D I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır. Uzunluğu 80 mm-ə qədər olur.
Çoxalması
Biologiyası hələ öyrənilməmişdir.
Təsərrüfat əhəmiyyəti
Vətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.