Beqoniya

Beqoniya (lat. Begonia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin beqoniyakimilər fəsiləsinə aid bitki cinsi.

Beqoniya
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Cins:
Beqoniya
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  22327
NCBI  3681

Bu fəsilə və cins fransız Mişel Begonun şərəfinə adlandırılmışdır.Fəsiləyə təxminən mindən çox növ-çoxillik ot bitkisi,kollar və lianlar daxildir. Beqoniyanın bir çox növləri dekorativ bitkilərdir. Açıq torpaqda 3 növü əkilir. Onlardan xüsusilə ən çox yayılmışı mürəkkəb, hibrid mənşəli sortlara aid olan kök yumrulu beqoniyadır. Kök yumrulu beqoniya istisevən bitkidir. Hər il bitkinin yerüstü hissələri məhv olur, torpaqda isə kök yumruları qalır. Beqoniyanın gövdəsi 25-30 sm hündürlüyə çatır. Gövdə sulu, ətli və budaqlıdır. Yarpaqları ürəkşəkilli olub, kənarları mişardişlidir. Beqoniyanı toxumla çoxaltmaq olar. Toxumları torf, qum və yarpaqlı torpaq qarışığı olan yeşiyə əkilir. Əmələ gələn cücərtiləri 20°C su ilə sulayırlar. Beqoniyanın cücərtilərini 4x4 sm sxemi üzrə daimi sahəyə köçürürlər. Beqoniyanı qələmlərlə də çoxaltmaq mümkündür.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.