Benua Mandelbrot

Benua Mandelbrot (fr. Benoît B. Mandelbrot; 20 noyabr 1924[1][2][…], Varşava, Polşa14 oktyabr 2010[2][3][…], Kembric, Massaçusets[4]) — fransız və amerikan riyaziyyatçısı, fraktal həndəsənin yaradıcısı, fizika üzrə Volf mükafatı (1993) laureatı.[12]

Benua Mandelbrot
fr. Benoît B. Mandelbrot
fr. Benoît Mandelbrot
Doğum tarixi 20 noyabr 1924(1924-11-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 oktyabr 2010(2010-10-14)[2][3][…] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Elm sahəsi Fraktal
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1952)
İş yerləri
Təhsili
Tanınmış yetirməsi Eqini Fema
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi
users.math.yale.edu/mand…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Benua Mandelbrot 1924-cü ildə Varşavada Litva yəhudilərinin ailəsində anadan olmuşdur.Onun anası Bella Lurye həkim, atası Karl Mandelbrot isə xırvatçı olmuşdur. Amma onun əmisi Şolem Mandelbroyt Fransada yaşamış və kifayət qədər tanınmış riyaziyyatçı olmuşdur. Şolem Mandelbrot məşhur "Nikola Burbake" ləqəbli riyaziyyatçılar qrupunun üzvü olmuşdur. Benua 12 yaşı olanda ailəsi ilə birlikdə Parisə emiqrasiya edir.

Müharibənin başlamasından sonra Mandelbrotlar ailəsi alman işğalından azad olan Fransanın cənubundakı Tulle şəhərciyinə qaçırlar. Benua orada məktəbə getsə də, tezliklə oxumağa marağını itirmişdir.

Amma Benua Mandelbrot özündəki qeyri-adi riyaziyyat vergisini kəşf edir, o müharibədən dərhal sonra Paris Politexnik məktəbinin tələbəsi olur. Məlum olur ki, Benua əla fəza təxəyyülünə malikdir. O, hətta cəbri məsələləri həndəsi üsulla həll edirdi. Onun etdiyi həllərin qəribəliyi ona universitetə daxil olmağa imkan vermişdir.

Universiteti bitirəndən sonra, Mandelbrot ABŞ-yə gedərək Kaliforniya Texnologiya İnstitutunu bitirmişdir. Mandelbrot Fransaya qayıtdıqdan sonra, 1952-ci ildə Paris Universitetinin doktorluq dərəcəsini almışdır.1955-ci ildə Aliyet Kaqanla evlənərək Cenevrəyə yollanmışdır.

1958-ci ildə Mandelbrot qəti surətdə ABŞ-də məskunlaşaraq, Yorktaunda İBM-in elmi-tədqiqat mərkəzində işə başlamışdır.

O, İBM-də linqvistika, oyunlar nəzəriyyəsi, iqtisadiyyat, aeronavtika, coğrafiya, fiziologiya, astronomiya, fizika sahələrində çalışmışdır. O, bir mövzudan digərinə keçməyi, müxtəlif istiqamətləri araşdırmağı xoşlayırdı.

Benua Mandelbrot böyük zaman müddəti ərzində (100 ildən çox) pambığın qiymətlər statistikasının öyrənilməsi ilə məşğul olmuşdur. Qiymətlərin gün ərzində dəyişməsi təsadüfi olsa da, Mandelbrot onların dəyişmə tendensiyasını öyrənə bilmişdir. O, uzun və qısa müddətli qiymət dalğalanmalarındakı simmetriyanı izlədi. Bu tapıntı iqtisadçılar üçün gözlənilməz olmuşdur.

Benua bu problemin həlli üçün öz fraktal metodunun rüşeymlərindən istifadə etmişdir.

"Fraktal" anlayışını Mandelbrot özü icad etmişdir (lat. fractus, "sındırılmış, sınıq" mənasını verir). 1975 ci ildə Mandelbrot fraktallara aid ilk tədqiqat işini — Böyük Britaniya sahillərinin uzunluğu nə qədərdir? əsərini nəşr etdirdi.[13] Mandelbrot əlində olan IBM kompüterlərindən istifadə edərək Mandelbrot çoxluğundan ibarət qrafik təsvirlər yaratdı. Riyaziyyatçının sözlərinə görə, ondan əvvəl heç kimin belə bir şeyi yaratmamasına baxmayaraq, o, özünü ixtiraçı kimi hiss etməyib.

O, 2010-cu il 14 dekabrda Kembricdə (Massaçusest,ABŞ) 85 yaşında mədəaltı vəzin xərçəngindən dünyasını dəyişmişdir.

Fraktallardan ibarət qalereya

Mandelbrot çoxluğuna dair nümunələr.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.