Bennekborn müharibəsi
Bannockburn müharibəsi (şot: Blàr Allt a' Bhonnaich) — 23–24 iyun 1314-cü ildə şotlandlarla ingilislər arasında baş vermiş müharibədir.
Bennekborn müharibəsi | |||
---|---|---|---|
Tarix | 24 iyun 1314 | ||
Yeri | Stirlinq qalası | ||
Nəticəsi | Şotlandların qəti qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Robert Bruce başçılıq etdiyi Şotlandiya qüvvələri 1304-cü ildən ingilis hakimiyyəti altında olan Stirlinq qəsrini 1314-cü ildə mühasirəyə aldılar. İngiltərə kralı II Eduard bu vəziyyətə qarşı yaxşı silahlanmış ordu hazırladıqdan sonra şimala doğru hərəkət etməyə başlayır.
Bruce qoşunlarını Stirlinqin yaxınlığındakı Bennekbornda bir təpədə yerləşdirdi. O, sol qanadını sıx meşəyə, sağ qanadını isə çayın döngəsinə uzadır. Bu qanadların hamısı 2000 futluq bir cəbhə meydana gətirmişdir. İngilislər belə vəziyyətdə nəinki təpəyə qalxmalı, həm də bataqlığı keçməli idilər.
İngilislər Robert Brusa döyüşdən əvvəl bir cəngavərlə duel təklif etdilər. İngilislər Şotlandiya ordusunu ruhdan salmaq üçün bu yola əl atmışdılar. O, razılaşdı, çünki padşah imtina etsə idi, əsgərləri qarşısında rüsvay olacaqdı. Qarşısındakı cəngavər fiziki və silah baxımından ondan kifayət qədər üstün idi. İngilis cəngavərinin əlində nizə, kralın əlində isə orta ölçülü döyüş baltası var idi. Nəhayət, iki döyüşçü atlarını çapmağa başladılar. Cəngavərin hücumunu sürətlə dəf edən padşah var gücü ilə baltasını cəngavərin başına vurdu və cəngavər öldü. Bu, şotlandlar üçün böyük mənəvi stimul olsa da, ingilislər üçün bunun əksi baş verdi.
İngilislər hücum əmrini verdilər və Şotlandiya oxları ingilis nizəçilərinin üzərinə yağanda ağır zirehli cəngavərlər atlarından yerə atıldılar və bu zaman da bataqlığa batmağa başladılar. İngilislər həm bataqlıqla mübarizə aparır, həm də düşmən oxlarından özlərini mühafizə etməyə çalışırdılar. Bundan sonra ingilislər tədricən geri çəkilməyə başladılar. İngiltərə kralı baş verənləri görəndə təlaşa düşdü və əsgərləri ilə birlikdə qaçmağa başladı.
Şotlandlar müharibədən sonra müstəqilliklərini elan etsələr də, ingilislər bunu qəbul etmədilər.