Benito Xuares

Benito Pablo Xuares Qarsiya (isp. Benito Pablo Juárez García, ispan: [beˈnito ˈpaβlo ˈxwaɾes gaɾˈsi.a]  ( dinlə); 21 mart 1806[1][2][…]18 iyul 1872[1][2][…], Mexiko[3]) — Meksika siyasətçisi və dövlət xadimi. O, 19 yanvar 1858-ci ildən 18 iyul 1872-ci ilə qədər Meksika Prezidenti olmuşdur. Xuares "Meksikalı Corc Vaşinqton" kimi tanınırdı. O, ölkənin müstəqilliyini müdafiə edən və mühüm mütərəqqi və antiklerikal islahatlar aparmış, müasir Meksikanın atası və qurucusu olmuşdur.

Benito Xuares
isp. Benito Pablo Juárez García
15 yanvar 1858 18 iyul 1872
Əvvəlkiİqnasio Komonfort
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1806(1806-03-21)[1][2][…]
Vəfat tarixi 18 iyul 1872(1872-07-18)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti vəkil, hakim, siyasətçi
Dini katolisizm[4]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Benito Pablo Xuares Qarsiya 21 mart 1806-cı ildə Oaxaka ştatında yerləşən San-Pablo-Gelatao qəsəbəsində anadan olmuşdur. Valideynləri Brigida Qarsiya və Marselino Xuares zapotek kəndliləri idi. Onun Xosefa və Roza adında iki böyük bacısı var idi. Xuares üç yaşında olanda hər iki valideyn diabetdən vəfat etmişdir. Qısa müddətdən sonra babası və nənəsi də vəfat etmiş, Xuares əmisi Bernardino Xuares tərəfindən böyüdülmüşdür.[5][6]

O, 1847–1852-ci illərdə Oaxaka qubernatoru olmuşdur. Xuares 1853–1855-ci illərdə Havanada sürgündə qalmışdır. O, liberal idi və Meksikanın vitse-prezidenti kimi 1857-ci il konstitusiyasını ilhamlandırmışdır. Xuares 1860-cı ildə Meksika Prezidenti olmuşdur. Vətəndaş müharibəsindən sonra onun antiklerikal siyasəti və xarici borcun ödənilməsini dayandırmaq qərarı Fransa, Britaniyaİspaniyaya məxsus koalisiya donanmasın Meksikaya müdaxilə etməsi üçün bəhanə yaratmışdır. Britaniya və İspaniya qüvvələri 1862-ci ildə Soledad konvensiyasını imzalamış və ölkəni tərk etmişdir. Fransızlar 1863-cü ildə Mexiko şəhərini işğal etmiş və imperator Maksimilianı hakimiyyətə gətirmişdilər. Xuares Paso-del-Norteyə sığınmış və müqavimət təşkil etmişdir. 1867-ci ildə fransız qoşunları ölkədən çıxmış və Maksimilian güllələnmişdir. Xuares ölənə qədər prezidentlik etmişdir.[7]

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Scholes W. V. Benito Juarez // Encyclopædia Britannica (ing.).
  3. Хуарес Бенито Пабло // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. http://inehrm.gob.mx/work/models/inehrm/Resource/325/1/images/fe_bautizo_juarez.pdf.
  5. Stacy, Lee, redaktor Mexico and the United States. 1. Marshall Cavendish. 2002. səh. 435. ISBN 978-0-7614-7402-9.
  6. "Juárez, Benito, on his early years". Historical Text Archive. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-23.
  7. "Benito Juárez García". 2023-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-18.

Əlavə ədəbiyyat

  • Cadenhead, Ivie E., Jr. Benito Juárez. 1973.
  • Hamnett, Brian. "Benito Juárez", in Encyclopedia of Mexico, vol. 1. Chicago: Fitzroy Dearborn 1997
  • Hamnett, Brian. Juárez (Profiles in Power). New York: Longmans, 1994. ISBN 978-0582050532.
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9
  • Olliff, Donathan C. Reform Mexico and the United States: A Search for Alternatives to Annexation, 1854–1861. Tuscaloosa: University of Alabama Press 1981.
  • Perry, Laurens Ballard. Juárez and Díaz: Machine Politics in Mexico. DeKalb: Northern Illinois University Press 1978. ISBN 0-87580-058-0
  • Roeder, Ralph. Juárez and His Mexico: A Biographical History. 2 vols. 1947.
  • Scholes, Walter V. Mexican Politics During the Juárez Regime, 1855–1872. Columbia MO: University of Missouri Press 1957.
  • Sheridan, Philip H. Personal Memoirs of P. H. Sheridan. 2 vols. New York: Charles L. Webster & Co., 1888. ISBN 1-58218-185-3.
  • Sinkin, Richard N. The Mexican Reform, 1855–1876: A Study in Liberal Nation-Building. 1979.
  • Smart, Charles Allen. Viva Juárez: A Biography. 1963.
  • Stevens, D.F. "Benito Juárez". Encyclopedia of Latin American History and Culture, vol. 3. New York: Charles Scribner's Sons 1996.
  • Thomson, G.P.C "Benito Juarez and Liberalism", Oxford Research Encyclopedia of Latin American History, New York, Oxford University Press, 2018.
  • Weeks, Charles A. The Juárez Myth in Mexico. Tuscaloosa: University of Alabama Press 1987.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.