Benilüks

Benilüks — Şimal-Qərbi Avropa regionunda, Fransa ilə Almaniya arasında yerləşən, üç qonşu ölkəni (Belçikanı, Niderlandı, Lüksemburqu) özündə birləşdirən ittifaqdır. Benilüks sözü üç ölkənin adının başlanğıcı ilə formalaşdırılıb. İttifaq 1944-cü ildə xidmətlərin və ticarətin rahat aparılmasına, əhalinin bu ölkələrə sərbəst səyahətinə nail olmaq məqsədilə üç ölkə arasındakı sərhədlərin açılması nəticəsində yaranmışdı.

Benilüks
Benelux
Benelux
Benelusse
Benelux
Benelux
Benelux
Benelúks
Loqonun şəkli
Yaranma tarixi 5 sentyabr 1944
Rəsmi dili
Mərkəzi
Qurucusu
benelux.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Benilüks bayrağı

1951-ci ildə, Benilüks ölkələri Qərbi Almaniya, Fransaİtaliya ilə birləşərək “Avropa Kömür və Polad Birliyi”ni formalaşdırdılarş Bununla da müasir Avropa İttafaqının ən erkən versiyası yarandı.

1955-ci ildə Benilüks Parlamenti (Parlamentlərarası Məsləhətçi Şura) yaradıldı. Bu parlament Niderland parlamentinin 21 üzvündən, Belçika milli və regional parlamentlərinin 21 üzvündən və Lüksemburq parlamentinin 7 üzvündən ibarətdir.

3 fevral 1958-ci ildə Haaqa şəhərində imzalanan “İqtisadi Birlik” razılaşması ilə Benilüks daha da gücləndi. Bunun nəticəsində Benilüks ölkələri Avropada güclü oyunçu dövlətlərə çevrildi. Benilüks “Avropa Birliyi”nin yaranmasının təməli olmaqla yanaşı , Avropanın inkişafında mühüm rol oynayır. Məhz Avropanin inkişafi Benilüksün gücünün nəticəsidir.

Benilüks İqtisadi İttifaqını quran razılıq 2010-cu ildə başa çatacaq. Bu iyun 17, 2008-də imzalanan yeni hüquqi konstruksiyalar ilə əvəz ediləcək. Razılığın əsas məqsədləri daha geniş Avropa konteksti çərçivəsində üç üzv dövlət arasında əməkdaşlığın davamı və genişlənməsidir. "Benilüks iqtisadi ittifaqı" adı daha geniş imkanları əks etdirmək üçün “Benilüks ittifaqı”na dəyişəcək.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.