Ben (mahnı)
Ben — Volter Şarf və Don Blek tərəfindən yazılmış və Maykl Cekson tərəfindən 1972–ci ildə Motown leyblı üçün ifa edilmiş mahnı. Mövzusu 1972–ci ildə çəkilmiş eyniadlı filmdən götürülən mahnının çıxışından bir həftə sonra Billboard Hot 100-də zirvəyə yüksəlmişdir.[1] Mahnı həmçinin Avstraliya hit paradında da birinci yerə yüksəlmiş və səkkiz həftə birinciliyini qorumuşdur.[1] Britaniya hit paradında isə mahnı ilk yeddiliyə qədər yeksələ bilmişdir.[2]
sinql | ||||
Ben | ||||
---|---|---|---|---|
İfaçı | Michael Jackson | |||
Albom | Ben | |||
Yayımlanıb | 12 iyul, 1972 | |||
Janr | Pop, soul, pop rock/R&B, soft rock | |||
Dil | ingilis dili | |||
Müddət | 02:44 | |||
Bəstəkar | Don Black | |||
Sözlərin müəllifi | Walter Scharf | |||
Prodüser |
The Corporation: Freddie Perren, Alphonzo Mizell, Deke Richards və Berry Gordy, Jr You Can Cry On My Shoulder |
|||
Studiya | Motown | |||
"Ben" albomunun xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Haqqında
Əslində Donni Osmondun ifası üçün yazılmış mahnı, Osmondun o zaman konsert turunda olması səbəbiylə Maykl Ceksona verilmişdir.[3]
Cekson o zaman hər nə qədər gənc olsa da, artıq onun bir sinqlı ("I Want You Back" "The Jackson 5"la birgə 1970–ci ildə ifa edilmiş mahnı) hit paradlarda birinciliyə yüksəlmişdi. "Ben" Maykl Ceksonu on dörd yaşında hit paradlarda birinciliyə yüksəlmiş üçüncü gənc müğənni kimi tarixə saldı. Ondan əvvəl yalnız Stivi Uander "Fingertips, Pt. 2" mahnısı və Donny Osmond 1971–ci ildə "Go Away Little Girl" mahnısı ilə birinciliyə yüksəlmişdi.
Mahnı, həm də Ceksonun ən çox satılan mahnılarından olmaqla, The Jackson 5 Anthology, The Best of Michael Jackson, Michael Jackson Anthology, Jackson 5: The Ultimate Collection, The Essential Michael Jackson, Michael Jackson: The Ultimate Collection, Hello World: The Motown Solo Collection, The Definitive Collection, Number Ones və King Of Pop albomlarında satışa çıxarılmışdır. Mahnının canlı ifa versiyası 1981–ci ildə çxarılmış The Jacksons Live! albomunda, remix versiyası isə The Remix Suite və Michael Jackson: The Stripped Mixes albomlarında dinləyicilərə təqdim edilmişdir. Maykl Ceksonun ölümündən sonra Akon mahnının yeni versiyasını Ceksonun orijinal ifası və Akonun arxa səslərlə müşayəti olan versiyanı dinləyicilərə təqdim etmişdir.
1985–ci ildə mahnı Marti Vebbin ifasında Birləşmiş Krallıqda yenidən hit paradlarda ilk onluğa daxil olmuşdur. Mahnı tezliklə ilk beşliyə qədər irəliləyərək, ifaçının ən uğurlu sinqllarından birinə çevrilmişdir. Mahnının müəlliflərindən biri olan Don Black bu zaman Marti Webbin meneceri idi.
1997–ci ildə isə irland oğlan qrupu "Boyzone" mahnının yeni versiyasını özünün "A Different Beat" adlı albomuna daxil etdi.
Mahnı F Major musiqi açarında və 88bpm tempində yazılmışdır. Vokal dəyişilik diopazonu isə B3–D5 arasındadır.[4]
Hit paradlarda
Hit parad (1972) | Yüksəldiyi yer |
---|---|
Avstraliya Kent Music Report | 1 |
UK Singles Chart | 7[5] |
US Billboard Hot 100 | 1 |
Hit parad (2009) | Yüksəldiyi yer |
Avstraliya ARIA Singles Chart | 14 |
Irish Singles Chart | 24 |
UK Singles Chart | 46 |
U.S. Billboard Hot Digital Songs | 75[6] |
İstinadlar
- Cadman, Chris. Maykl Cekson: For the Record. Authors OnLine. 2007. ISBN 978-0-7552026-7-6.
- "Ben" won a Golden Globe for Best Song. It was also nominated for an Academy Award for Best Original Song in 1973; Jackson performed the song in front of a live audience at the ceremony.
- "Donny Osmond". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
- "Michael Jackson: Ben Sheet Music". sheetmusicdirect.com. © 1971, 1972 (Renewed 1999, 2000) JOBETE MUSIC CO., INC. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-17.
- "Chart Stats". 2012-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-03.
- "U.S. Billboard Hot Digital Songs". 2009-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-15.