Bemici (Minnesota)
Bemici (ing. Bemidji) — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi.[5] 2012–2016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu Rezervasiyası və Liç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir.
şəhər | |||
Bemici | |||
---|---|---|---|
ing. Bemidji | |||
|
|||
47°28′25″ şm. e. 94°52′49″ q. u. | |||
Ölkə | |||
Ştat | Minnesota | ||
Mer | Rita Albrext | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1896 | ||
Sahəsi | |||
Mərkəzin hündürlüyü | 416 ± 1 m | ||
Əhalisi | |||
Əhalisi | |||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +1 218 | ||
Poçt indeksi | 56601 | ||
Digər | |||
ci.bemidji.mn.us | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
Bemici adı Ocibve dilindəki Buh-mid-ji-ga-maug sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir.[6] Əksinə, şəhər Ocibve dilində Wabigamaang adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir.[7]
İqtisadiyyat
Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var. Bu, səhiyyə və sosial yardım, pərakəndə ticarət, yerləşdirmə və qida xidməti, peşəkar, elmi və texniki xidmətlər, maliyyə və sığorta xidmətlərinə əsaslanır.[8]
Hökumət
Bemici şəhərinin hökuməti bir merdən və şuradan təşkil olunmuşdur, ən azı 5 şura uordu var.[9]
Populyar mədəniyyətdə
2014-cü ildə debüt etmiş, baş rollarını Billi Bob Tornton və Martin Frimenin canlandırdığı "Farqo" teleserialının hadisələri əsasən Bemici və Dulut şəhərlərində cərəyan edir. Buna baxmayaraq, film Alberta ştatının Kalgeri şəhərində çəkilmişdir.[10]
Galereya
- Bemici məhkəmə binası.
- Bemici gölü.
İstinadlar
- United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
- United States. Bureau of the Census 2010 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2010.
- 2020 United States Census.
- 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- "Find a County" (ingilis). National Association of Counties. May 31, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2019.
- "Freelang Ojibwe Dictionary" (ingilis). Beaumont. November 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2019.
- Aphem, Uarren. Minnesota Geographic Names: Their Origin and Historic Significance (ingilis). Minnesota Historical Society. 1920. səh. 36. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
- "2012 Economic Census of the United States". American Fact Finder (ingilis). United States Census Bureau. April 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
- "Bemidji City Council". City of Bemidji First City on the Mississippi (ingilis). June 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2019.
- "Bemidji Pioneer" (ingilis). April 18, 2014. June 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5 2019.
Joe Froemming, "Bemidji is 'Fargo': From characters large and small to the town itself, a fictional Bemidji plays a large role in new, much-anticipated FX television series,"
Xarici keçidlər
- ci.bemidji.mn.us — Bemici şəhərinin rəsmi saytı (ing.)
- "360 Degree Virtual Tour". 2016-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05. — 2011 Beltrami qraflığı yarmarkası zamanı. (ing.)