Belqradın icmaları

Belqrad Serbiyada ayrıca ərazi vahidi statusuna malikdir. Şəhər dairəsinin ərazisi 17 icmalara (serb. општина) bölünüb. Onların hər birində icma rəhbəri, icra hakimiyyəti, icma parlamenti və icma şurası kimi yerli özünüidarəetmə orqanları var. Parlament deputatların sayı 19-75 arasında olur. Onlar, öz növbəsində, icma şurası üzvlərini seçirlər. Qanuna əsasən, icma parlamenti yerli büdcənin idarə edir, yerli cəmiyyətləri yarada bilər, icma və şəhərin inkişaf planları barədə fikirlərini açıqlayır, tikinti üçün ayrılmış torpağı idarə edir və əhalinin hüquqi müdafiəsini təmin edir və s[1].

Belqradın icmaları

Yerli özünüidarəetmə çərçivəsində icma aşağıdakı funksiyaları yerinə yetirir[2]:

  • icmanın fəaliyyətini təşkil edir, büdcə layihəsini qəbul edir
  • yerli cəmiyyətləri yaradır, onları maliyyələşdirir və cari məsələlərin həllində onlara kömək edir
  • urbanizm planları barədə fikirlərini açıqlayır
  • tikintilər üçün yer ayırır
  • yenidənqurma üçün binaların və obyektlərin siyahısını müəyyən edir
  • turizm və xidmət sahəsinin inkişaf etdirir
  • vətəndaşların hüquqi müdafiəsini təmin edir və s.

Bundan başqa, Baraevo, Qrotska, Lazarevats, Mladenovats, Obrenovats, Sopot və Surçin icmaları da yerli yollar və küçələrin vəziyyətinə nəzarət etməlidir və həmçinin kommunal xidmət sahəsinin fəaliyyəti və inkişafını təmin etməlidir[2].

İcma əhalisinin sayı haqqında məlumatlar 2011-ci ildə Serbiyada keçirilən siyahıya alınmaya görə göstərilib[3]. İcmaların inzibati mərkəzləri siyahıda qalın şriftlə qeyd olunub. Novi-Beoqrad və Savski-Venats icmalarında yaşayış məntəqələri yoxdur və onlar tam olaraq Belqrad daxilində yerləşilər.

Legenda

Siyahıda Belqrad dairəsinin icmaları təqdim olunub. Onlar əlifba qaydasında göstərilib.

Cədvəl:

  • Adı — icmanın azərbaycan dilində adı, aşağıda serb dilində orijinal adı göstərilib;
  • Sahəsi — kvadrat kilometr ölçüsündə göstərilmiş bələdiyyə sahəsi;
  • Əhalisi — icma əhalisinin sayı;
  • İcma daxilində yerləşən yaşayış məntəqələri /rayonları — icmaya aid olan yaşayış məntəqələri;
  • Gerb — icmanın gerbi;
  • Şəkil — icmanın panorama və ya fotosu;
  • Belqrad dairəsinin xəritəsində — icmanın Belqrad dairəsinin xəritəsində sərhədləri;

Çeşidlənmə cədvəlin ilk dörd sütunları üzrə keçirilə bilər.

İcmaların siyahısı

Adı Sahəsi Əhalisi İcma daxilində yerləşən yaşayış məntəqələri /rayonları Gerb Şəkil Belqrad dairəsinin xəritəsində
Barayevo

serb. Барајево

213 km²[4] 27 110[5] Arnayevo, Barayevo, Baçevats, Belyina, Bojdarevats, Veliki-Borak, Vraniç, Quntsati, Lisoviç, Maniç, Melyak, Rojantsi, Şilyakovats
Vojdovats

serb. Вождовац

148 km²[6] 158 213[5] Beli-Potok, Vojdovats, Zutse, Pinosava, Ripan
Vraçar

serb. Врачар

3 km²[7] 56 333[5] Vraçar
Qrotska

serb. Гроцка

289 km²[8] 83 907[5] Beqalyitsa, Boleç, Brestovik, Vinça, Vrçin, Qrotska, Drajan, Jivkovats, Zaklopaça, Kaluceritsa, Kamendol, Leştane, Pudartsi, Ritopek, Umçari
Zvezdara

serb. Звездара

32 km²[9] 151 808[5] Zvezdara
Zemun

serb. Земун

150 km²[10] 168 170[5] Zemun, Uqrinovtsi
Lazarevats

serb. Лазаревац

384 km²[11] 58 622[5] Arapovats, Barzilovitsa, Baroşevats, Bistritsa, Braykovats, Burovo, Veliki-Tsrlyeni, Vrbovno, Vreotsi, Dren, Dudovitsa, Jupanyats, Zeoke, Kruşevitsa, Lazarevats, Leskovats, Lukavitsa, Mali-Tsrlyeni, Medoşevats, Mirosaltsi, Petka, Prkosava, Rudovtsi, Sakulya, Sokolovo, Stepoyevats, Strmovo, Stubitsa, Trbuşnitsa, Tsvetovats, Çibutkovitsa, Şopiç, Şuşnyar, Yunkovats
Mladenovats

serb. Младеновац

338 km²[12] 53 906[5] Ameriç, Beluçe, Belyevats, Velika-İvança, Velika-Krsna, Vlaşka, Qranitse, Dubona, Kovaçevats, Koraçitsa, Mala-Vrbitsa, Markovats, Medjulujye, Mladenovats, Mladenovats (qəsəbə), Prujatovats, Rabrovats, Raykovats, Senaya, Tsirkvine, Şepşin, Yaqnyilo
Novi-Beoqrad

serb. Нови Београд

41 km²[13] 214 506[5] Tərkibində yaşayış məntəqəsi yoxdur
Obrenovats

serb. Обреновац

409,96 km²[14] 72 524[5] Balevats, Bariç, Belo-Pole, Brgulitse, Broviç, Vukiçevitsa, Grabovats, Drajevats, Dren, Zabreje, Zveçka, Konatitse, Krtinska, Lubiniç, Mala-Moştanitsa, Mislodjin, Obrenovats, Oraşats, Piroman, Polyane, Ratari, Rvati, Skela, Stubline, Trstenitsa, Urovtsi, Uşçe, Yasenak
Palilula

serb. Палилула

451 km²[15] 173 521[5] Borça, Veliko-Selo, Dunavats, Kovilovo, Ovça, Padinska-Skela, Palilula, Slantsi
Rakovitsa

serb. Раковица

31 km²[16] 108 641[5] Rakovitsa, Resnik
Savski-Venats

serb. Савски Венац

15,8 km²[17] 39 122[5] Tərkibində yaşayış məntəqəsi yoxdur
Solot

serb. Сопот

271 km²[18] 20 367[5] Babe, Guberevats, Drlupa, Duçina, Djurintsi, Mala-Ivança, Mali-Pojarevats, Nemenikuçe, Partsani, Popoviç, Ralya, Rogaça, Ropoçevo, Sibnitsa, Slatina, Sopot, Stoynik
Stari-Qrad

serb. Стари Град

5 km²[19] 48 450[5] Stari-Qrad
Surçin

serb. Сурчин

288 km²[20] 43 819[5] Beçmen, Bolevtsi, Dobanovtsi, Petrovçiç, Progar, Surçin, Yakovo
Çukaritsa

serb. Чукарица

156 km²[21] 181 231[5] Velika-Moştanitsa, Ostrujnitsa, Peçani, Rutska, Ruşan, Sremçitsa, Umka, Çukaritsa

    İstinadlar

    1. "Градске општине" (serb). 2016-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-13.
    2. "Gradske opštine" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    3. "Становништво према националној припадности и полу, по општинама и градовима" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
    4. "Položaj i stanovništvo" (serb). 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    5. "Становништво према националној припадности и полу, по општинама и градовима" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
    6. "Општи подаци" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    7. "Историјат Врачара" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    8. "Мапа Гроцке" (serb). 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    9. "О Звездари" (serb). 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    10. "О Земуну" (serb). 2017-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    11. "Општина Лазаревац" (PDF) (serb). 2017-04-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    12. "Општина Младеновац" (serb). 2017-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    13. "Чињенице" (serb). 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    14. "O Obrenovcu" (PDF). 2018-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-04-06.
    15. "О Палилули" (serb). 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    16. "Општи подаци о општини" (serb). 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    17. "О општини" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    18. "О Сопоту" (serb). 2017-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    19. "Градска општина Стари Град у Београду, с. 6" (PDF) (serb). 2010-12-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    20. "Инфо" (serb). 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
    21. "Чукарица у бројкама" (serb). 2017-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.