Belqlər
Tarixçə
Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58–51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi. Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır. Belçikanın adı Belqlərlə əlaqədardır.
Mənbə
- ASE, II cild, Bakı, 1978, səh. 77
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.