Beloret rayonu

Beloret rayonu (başq. Белорет районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Beloretsk şəhəridir.

Beloret rayonu
Белорет районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

53°50′ şm. e. 58°36′ ş. u.


Ölkə
İnzibati mərkəz Beloretsk
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 11.302,58 km²
Hündürlük
691 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 100.356 nəf. (1 yanvar 2019)[1]
Rəsmi sayt
Beloret rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi

Başqırd (Cənubi) Uralının ən yüksək hissəsində, şimalda Çelyabinsk vilayəti ilə həmsərhəddir. Sahəsinə görə (11,501 km²) Başqırdıstanın ən böyük rayonudur.

Tarixi

1920-ci illərə qədər müasir Beloret vrayonunun ərazisi Orenburq vilayətinin Yuxarı Ural qəzasına daxil idi. Oktyabr Sosialist İnqilabından sonra, 1917-ci ildə ərazi Ufa vilayətinin Katay volostunun bir hissəsi olur. Sonra Başqırsıstan Muxtar Sovet Sosialist Respublikasının Tamyan-Katay kantonuna daxil olur.

Beloret rayonu Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsinin ləğv edildiyi və 48 rayonun yarandığı 20 avqust 1930-cu il tarixli "Başqırd Muxtar Sovet Sosialist Respublikasının inzibati bölgüsü haqqında" Ümumrusiya Rəyasət Heyətinin qərarı ilə qurulur. 1954-cü ildə qurulması planlaşdırılan Magnitoqorsk vilayətinin bir hissəsi olması plana salınır.

Başqırdlar və Kaqa, Avzyan kəndlərindən olan fabrik işçiləri Puqaçev qiyamının fəal iştirakçıları olmuşdur[2].

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:

2024 - 100,69 min nəfər.

2035 - 95,44 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 59,8%, başqırdlar - 30,8%, tatarlar - 6,8%, digər millətlərdən olanlar - 2,6%[4].

Urbanizasiya

Şəhər şəraitində (Beloretsk şəhər) rayon əhalisinin 63,69 % -i yaşayır.

İqtisadiyyat

Kənd təsərrüfatı torpaqlarının sahəsi 106,4 min hektardır (ümumi torpaq sahəsinin 9,2% -i Başqırdıstanın ən aşağı hissəsidir). Bunlardan əkin sahələri 25,3 min hektar, biçənəklər 55,7 min hektar, otlaqlar 25.4 min ha təşkil edir. Beloretsk Metallurgiya Zavodu uzun müddət şəhər meydana gətirən bir müəssisə olmasına baxmayaraq, hazırda şəhər özü bir metallurgiya istehsalı sənayesindən turizm mərkəzinə çevrilməkdədir. Burada Mratkino xizək kurortu fəaliyyət göstərir və otellər açılır.

Sosial sfera

Rayonda 53 ümumtəhsil məktəbi, o cümlədən 26 orta məktəb, 48 ictimai kitabxana, 52 klub müəssisəsi, 7 xəstəxana, Arski Kamen, Aqidel, Parus, Tengri tur bazaları, Abzak və Mratkino xizək mərkəzləri vardır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.