Beloqlinski rayonu

Beloqlinski rayonu (rus. Темрюкский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Belaya Qlina kəndidir.

Beloqlinski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

46°04′31″ şm. e. 40°52′21″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1924
Sahəsi
  • 1.470 km²
Hündürlük
86 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.528 nəf. (1 yanvar 2018)[3]
Rəsmi sayt
Beloqlinski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Rayonun sahəsi 1.494 km²-dir. Krasnodar diyarının şimal iqlim zonasında yerləşir. Şimal və şimal-şərqdə Rostov vilayəti ilə, şərqdə və cənubda Stavropol diyarı ilə, qərbdə isə Krasnodar diyarının Novopokrovski rayonu ilə həmsərhəddir.

Tarixi

Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq diyarının Salsk dairəsinin bir hissəsi olaraq qurulur.

16 noyabr 1924-cü ildən bu bölgə Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarının, 13 sentyabr 1937-ci ildən isə Krasnodar diyarının bir hissəsi olmuşdur.

22 avqust 1953-cü ildə Beloqlinsk rayonuna ləğv edilmiş İlyinski rayonunun 3 kənd məclisi daxil edilir: Novolokinski, Turkinski, Uspenski.

1 fevral 1963-cü ildə Beloqlinski rayonu ləğv edilir və ərazisi Novopokrovski rayonuna daxil edilir.

30 dekabr 1966-cı il Beloqlinski rayonu əvvəlki sərhədlərində bərpa edilir.

Əhali

1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 32871 nəfər təşkil etmişdir. Bunlardan hamısı kənd sakinləridir. Bütün əhali arasında kişilər 46,1%, qadınlar 53,9% təşkil edir. Ümumi əhalinin 18654 (56,8 %) əmək qabiliyyətli insanlar, 26,2% -i pensiyaçılardır[4].

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
ruslar 29 462 94,12 %
ermənilər 427 1,36 %
digərləri 1 055 3,37 %
milliyətini bildirməyənlər 359 1,15 %
ümumi 31 303 100,0 %

İnzibati-ətazi vahidləri

Beloqlinski rayonunda 4 kənd inzibati ərazi vahidliyinə 14 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat

Rayonda kənd təsərrüfatı sektoru üstünlük təşkil edir və iqtisadi artım perspektivləri kənd təsərrüfatı istehsalı və emalı sənayesinin inkişafı ilə əlaqələndirilir. Rayonun aqrar kompleksi 13 kolxoz təsərrüfatı, 400-ə yaxın kəndli və kiçik kənd təsərrüfatı müəssisələri ilə təmsil olunur. İri təsərrüfatlar taxıl, günəbaxan, şəkər çuğunduru, süd, ət istehsalı ilə məşğul olurlar. Bir yüksək ixtisaslaşmış müəssisə meyvə bitkiləri yetişdirir. Rayonda kənd təsərrüfatı mədəniyyəti artır, yeni texnologiyalar aktiv tətbiq olunur, bu da əlverişsiz iqlim şəraitində yaxşı məhsul verməyə imkan verir.

Kitabxana

Beloqlinski rayonunda 16 kitabxana fəaliyyət göstərir. Bunlardan üç kitabxana:"Beloqlinsk Qəsəbə Uşaq Kitabxanası", "Novopavlovsk Qəsəbə Kitabxanası", Uspensk Uşaq Kitabxanası, 2 nömrəli filial.

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.