Bellsund
Bellsund (norv. Bellsund) — Qərbi Şpisbergen (Şpitsbergen arxipelaqı, Norveç) adasının qərbində yerləşən fiord. Uzunluğu 20 km-dir.
Bellsund | |
---|---|
norv. Bellsund | |
Ümumi məlumatlar | |
Tip | Fiord |
Yerləşməsi | |
77°40′ şm. e. 14°15′ ş. u. | |
Ölkə | Norveç |
Akvatoriyası |
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İlk dəfə Villem Barens tərəfindən 1596-cı ildə aşkarlanmışdır. O, fiordu Inwyck (ensiz boğaz) adlandırır. 1610-cı ildə fiordu ingilis Yohan Pol (ing. Jonas Poole) araşdırmış və hazırkı adı vermişdir. 1612-ci ildə hollandiyalı dənizçi Villem Kornelis van Myoyden burada ilk dəfə balina ovlamağa cəhd göstərmişdir. Ancaq uğursuzluğa uğramışdır. 1613-cü ildə bask, holland və fransız balina ovçuları gəmiləri ilə Bellasunda gəlsələrdə ingilis hərbi donanması tərəfindən cərimə ödənilməyə məcbur edilərək geri göndərilirlər.
1614-cü ildə holladlar Bellsundu İngiltərəyə 1 mövümlük güzəşrtə gedirlər. 1615-ci ildə hollandiyalılar Bellsundun cənubunda, Reşerşfiordda, Qərbi Şpitsbergendə ilk yarı qalıcı balina ovu stansiyasını qururlar. 1626-cı ildə bu stansiya York və Hulldan olan balina ovçuları tərəfindən zərər görmüşdür.
Mənbə
- Conway, W. M. 1904. Early Dutch and English Voyages to Spitsbergen in the Seventeenth Century. London. (ing.)
- Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press. (ing.)
- Şpitsbergenin coğrafi adıarının baza məlumatları Arxivləşdirilib 2016-05-06 at the Wayback Machine (ing.)
- Purchas, S. 1625. Hakluytus Posthumus or Purchas His Pilgrimes: Contayning a History of the World in Sea Voyages and Lande Travells by Englishmen and others. Volumes XIII and XIV (Reprint 1906 J. Maclehose and sons). (norv.)