Bell 412

Bell-412 — çoxməqsədli helikopter.

Bell 412
Hazırlayan Bell Textron Helicopter
İstehsalçı Bell Textron Helicopter, Kanada, AgustaWestland
İlk uçuş avqust 1979
İstismara verilmə tarixi 1981
İstismarçılar
Buraxılış sayı 869
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətləri

İstehsalçı: ABŞ

İstehsalçı firma: Bell Textron Helicopter

Tip: Çoxməqsədli helikopter

İlk uçuş: avqust 1979-cu il

İstismara verilib: 1981-ci il

İstehsal sayı: 869 ədəd

Qiyməti: 4.895 milyon dollar

Texniki göstəriciləri:

Heyət üzvü: 2 nəfər

Sərnişin tutumu: 14 nəfər və ya 6 ədəd xərək

Uzunluğu: 17.12 m

Gövdə uzunluğu: 12.7 m

Hündürlüyü: 4.57 m

Eni: 2.89 m

Əsas vintin diametri: 14.02 m

Sükan vintinin diametri: 2.62 m

Vintin sahəsi: 154.4 m²

Boş kütlə: 3.079 kq

Qalxma zamanı maksimal kütlə: 5.397 kq

Yük götürmə kütləsi: 1.814 kq

Xarici asqıda yük götürmə kütləsi: 2.041 kq

Yanacaq çənlərinin tutumu:

Daxili: 1249 litr

Xarici: 2 x 76 litr və ya 1 x 310.5 litr

Mühərrik : 1 ədəd Pratt Whitney Canada PT6T-3D Turbo Twin Pac qazturbin mühərrik

Güc: 1 x 1.342 kW (1.800 a.g)

Maksimal sürəti: 259 km/s

Normal (kreyser) sürəti: 226 km/s

Yüksəkliyə qalxma sürəti: 6.86 m/s

Uçuş məsafəsi: 744 km

Maksimal uçuş yüksəkliyi: 6.096 m

Döyaş aparma yüksəkliyi: 1.585 m

Havada qalma müddəti: 3 saat 42 dəqiqə

Bell 412EP test uçuşunda Ratmalana Hava limanında
Çili hərbi hava qüvvələrinə məxsus Bell 412
Finlandiya Sərhəd Qoşunlarına məxsus Agusta Bell AB-412

Ümumiyyətlə, bu helikopterlər birbaşa hərbi təyinatlı vasitələr deyil. “Bell 412” helikopterləri fövqalədə, xilasetmə, tibbi, nəqliyyat və yükdaşıma təyinatları üzrə istifadə edilə bilər. Bir çox dövlətlərin polis və yangınsöndürmə qurumları da bu modellərə üstünlük verir.

“Bell 412” modelinin səciyyəvi fərqlərindən biri də kompozit materialdan hazırlanan dörd pərvanəli rotora sahib olmasıdır. İlk model 1979-ci ildə sınaqdan keçirilib, iki il sonra sertifatlaşdırılaraq silahlanmaya qəbul edilib və sifarişçilərə göndərilməyə başlanıb. Sonralar isə daha uzaq mənzilli və ağır yük götürmə qabiliyyətli “Bell 412 SP” modeli, yüksək uçuş xüsusiyyətlərinə malik “Bell 412 HP” modeli, uçuşu ikiqat rəqəmsal rejimdə avtomatik idarə olunan “Bell 412 EP”, FADEC elektron bloku vasitəsilə mühərrik idarəetməsinə sahib “Bell 412 EPİ” və şüşəkabinli “Bell 429” modelləri yaradıldı. “Bell Griffin HAR2” modeli axtarış-xilasetmə tədbirlərini həyata keçirmək üçün nəzərdə tutulur. Helikopterlərdə sensor tipli “Garmin” GPS sistemi tətbiq edilir. Dünyanın 40-dan çox ölkəsinin müxtəlif qurumlarında bu helikopterlərin müxtəlif modifikasiyasından istifadə edilir.

Ümumi texniki xüsusiyyətlər

Ekipaj bir pilotdan ibarətdir, maksimum qalxa biləcəyi kütlə 5397 kq-dır. Uzunluğu 17.1 metr, hündürlüyü 4.6 metr, pərlərin diametri 14 metr, füzelyajın uzunluğu 13.1 metrdir. Boş çəkisi 3084 kq, daxili yükün çəkisi isə 2313 kq olan helikopter havada 3.8 saat qala bilir.

Helikopter 167000 saat fəaliyyət resursuna və 1800 at gücünə malik olan Kanadanın “Pratt & Whitney” şirkətinin PT6T-3DF “Twin-Pac Turbo” mühərriklərinin biri ilə təmin edilir. 1251 litr yanacaq tutan helikopterin maksimum sürəti 259 km/saat, kreyser sürəti 226 km/saat, uçuş hündürlyü 6096 metr, uçuş məsafəsi isə 980 km-dir.

“Bell 412EP” hər gün dünyanın ən ekstremal iqlimlərində etibarlı şəkildə çalışa bilən gündəlik işçi helokopteri hesab edilir. Geniş açılan qapılar 6.2 kub metr həcmində olan universal kabinə müxtəlif təyinatlar üçün istifadə edilə bilər. Geniş kabinə malik helikopter standart konfiqurasiyada pilotdan başqa 14 nəfərlik şəxsi heyət də daşıya bilir. Ən az sayda qəzalara məruz qalan helikopter modellərindən biri olan “Bell 412 EP” helikopterinin dəyəri 9 milyon dollardır.

Azərbaycan Hərbi Hava Qüvvələri nin arsenalında mövcuddur

Bell 412 helikopterlərinin 3 müxtəlif nöqtədən xaricdən qrafik cizgiləri

İstinadlar

  1. World Air Forces 2014. 2014.
  2. World Air Forces 2008. 2008.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.