Belarus kinosu

Belarus kinosuBelarusun milli kino incəsənəti və kino istehsalı.

XX əsrin əvvələri

"Meşə əhvalatı" filminin afişası. 1926

Belarus ərazisində ilk çəkilişləri Birinci dünyaVətəndaş müharibələri zamanı PetroqradMoskvanın operatorları aparmışlar.[1] 1922 -ci ildə “Kinoresbel”, 1924-cü il də “Belarus proletar kinosu” və Belarus xalq maarif komissarlığı nəzdində kinematorqrafiya və fotoqrafiya işləri üzrə “Belqoskino” dövlət idarəsi yaradılmışdır. “Bu bizim Belarusdur” (1927) və “Kolxoz” (1928) ilk sənədli filmlərdir. 1928-ci ildə “Sovet Belarusu” kinostudiyasının əsası qoyulmuşdur (1939-cu ildən Minskdədir, 1946-cı ildənBelarusfilm” adlanır). 1927-ci ildə Y.V. Tariç “Meşə əhvalatı” filmini çəkmişdir. “Sovet Belarusu” studiyasında “Poruçik Kije” (1934, A.M. Faynsimmer) tarixi macəra filmi; “Polesye robinzonları” (1935, İ.V. Baxar və P.S. Molçanov; Y. Mavrın əsəri üzrə), “Bülbül” (1938, E.L. Arşanski; Z. Byadulyanın əsəri üzrə), “Ayı“ (1938) və “Qılaflı adam” (1939, İ.M. Annenski; A.P. Çexovun əsərləri üzrə) filmləri çəkilmiş, V.V. Korş-Sablinin “Səadət axtaranlar” (1936) və “Mənim məhəbbətim” (1940) musiqili komediyaları ekranlaşdırılmışdır.   

1940-1990-cı illər

Müharibə illərində (1941–45) studiya Moskvada fəaliyyət göstərmişdir. Cəbhə və partizan kinosalnaməsini M.S. Berov, İ.N. Veyneroviç, V.P. Seslyuk və başqaları yaratmışlar. 1940–50-ci illərdə müharibə mövzusu aparıcı yer tuturdu (“Konstantin Zaslonov”, Faynsimmer və Korş Sablin, 1949; “Haradasınız, döyüşçü dostlar”, S.M. Braude, 1958; “Dostların görüşü”, V.İ. Skitoviç, 1963). “Partizan uşaqları” ilk rəngli Belarus filmi (rejisorlar L.V. Qolub və N. N. Fiqurovski) 1954-ci ildə ekranlara çıxmışdır. Uşaq və gənclər üçün bir sıra maraqlı filmlər çəkilmişdir: “Mikolka-parovoz”, “Qız atasını axtarır”, “Anyutanın yolu” (1957, 1959, 1968, hər üç filmin rejissoru L. Qolub), “Ustalar şəhəri” (1965, rejisor V. Bıçkov) və s.[2]

1960–70-ci illərdə Belarus kinosuna yeni nəsil rejisorlar gəldi: V.T. Turov (“Əslən uşaqlıq çağındanam”, 1966; “Oğullar döyüşə gedir”, 1971), İ.M. Dobrolyubov (“İvan Makaroviç”, 1968; “Kiçik qardaş”, 1976), V.A. Nikiforov (“Suquz ğunu”, 1972), V.D.Rubinçik (“Sonetlər çələngi”, 1977), Y.S. Çulyukin (“Gəl danışaq, qardaş…”, 1979).

1970–80-ci il lərdə bir sıra telefilm və seriallar istehsal olunmuşdur: “Xarabalıqlar atəş açır” (1970–72, rej. V. P. Çetverikov), “Bütün kral qoşunu” (1971, rejisorlar A.Z. Qutkoviç, N.M. Ardaşnikov), “Gödək qılınc” (1973) və “Tunc quş” (1974, rejisor N.A. Kalinin), “Buratinonun sərgüzəştləri” (1975) və “Qırmızıpapaq haqqında” (1977, hər ikisinin rejisoru L.A. Neçayev), “Dövlət sərhədi” (1980–88, rej. B.M. Stepanov və s.). Milli ədəbi əsərlər, o cümlədən V.V. Bıkovun “Alp balladası” (1966) və “Canavar sürüsü” (1975, rejisor B.M. Stepanov), “Yüksəlmə” (1977, rejisor L.Y. Şepitko, “Sotnikov” povesti üzrə), “Fəlakət işarəsi” (1986, rejisor M.N. Ptaşuk), “Getmək və qayıtmamaq” (1992, rejisor N.P. Knyazev) və s. ekranlaşdırılmışdır. Müharibə mövzusu rejisor V.N. Daşukun sənədli-bədii filmlər silsiləsində (“Öldürülmüş kənddən olan qadın”, 1975–76, “Müharibə qadın simalı deyil”, 1981–84), E.G. Klimovun (“Get və bax”, 1985), V.P. Rıbarevin (“Şahid”, 1985), Ptaşukun (“44-ün avqustunda…”, 2000) filmlərində əks olunmuşdur. “Birisigünün cədvəli” (1979, Dobrolyubov), “Adım Arlekinodur” (1988) və “Zəncirlənmiş” (2002, Rıbarev), “Bizim zirehli qatar” (1988) və “Siyasi büro” (1993, Ptaşuk), “Gizlənqaç oyunu” (1997) və “İşğal. Misteriyalar” (2003, A.A. Kudinenko), “Bələdçi” (2001) və “Duneçka” (2004, A.V. Yefremov) tarixin və müasir həyatın mühüm problemlərinə həsr olunmuş bədii; “Çernobıl. Kabuslar” (1996, S.P. Lukyançikov), “Qadağa zonası” (1999, V. F. Jiqalko), “Valentin Vinoqradovun yuxuları” (1998) və “Planet-XX” (2002, Kudinenko) və s. sənədli filmlər çəkilmişdir[3][2].

Müstəqillik illəri

Milli kinematoqrafiyanın inkişafında N.N. Yeryomenko (ata), R.İ. Yankovski, V.V. Qostyuxin, S.M. Stanyuta, A.İ. Klimova, Y.V. Qorobets və başqa aktyorların böyük əməyi olmuşdur. Sənədli film rejisorları: Q.V. Adamoviç, İ.A. Volox, S.A. Qayduk, V.A. Orlov və başqaları.

1990–2000-ci illərdə xristian tematikalı bir sıra filmlər (“Serafim”, 1998, rejisor N.P. Knyazev; “Kilsə zəngi”, 2001, rejisor V.V. Seslyuk və s.), həmçinin animasiya film-pritçaları (“Bacı və qardaş”, 2002; “Ledi Qodiv haqqında əfsanə”, 2004; hər ikisinin rejisoru İ.V. Kodyukova) çəkilmişdir. 1996-cı ildən aylıq “Na ekranax” jurnalı çıxır.  

Mənbə

Belarus // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan  Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 366–367. ISBN 978-9952-441-07-9.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.
  2. Белорусская ССР. Краткая энциклопедия / Под ред. И. П. Шамякин. — Мн.: Белорусская Советская Энциклопедия, 1981. — Т. 4. — 712 с.
  3. Ретроспектива «Знаки времени» — в кинотеатрах Минска Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine // AFISHA.TUT.BY

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.