Belarus gerbi

Belarus Respublikasının Dövlət Gerbi (belar. Дзяржаўны герб Рэспублікі Беларусьtranslit. Dziyarjavnı gerb Respubliki Byelarusrus. Государственный герб Республики Беларусьtranslit. Qosudarstvennıy gerb Respubliki Belarus) — Belarus Respublikasının dövlət gerbi. Gerb bayraqhimn ilə yanaşı, Belarus dövlətinin dövlət rəmzidir. Gerb 1995-ci ildə keçirilmiş referendum nəticəsində ictimaiyyət tərəfindən 1991–1995-ci illərdə istifadə edilən Poqonyanın əvəzinə seçilmişdir. Belarusun dövlət rəmzlərindən biri olan gerbin mərkəzində Şimali Avrasiya ərazisini nümayiş edən dünya xəritəsindən doğan bir günəş və günəş şüaları ilə əhatə olunmuş yaşıl rəngli Belarus xəritəsindən var. Gerbin sağ və sol tərəflərində Belarus bayrağının rəngləri olan qırmızıyaşıl rəngli lentlərlə sarılmış buğda sapı fiqurları mövcuddur. Sol buğda saplarında yonca, sağ buğda saplarında isə kətan təsvir olunmuşdur. Gerbin zirvəsində qırmızı ulduz mövcuddur. Gerbin aşağı hissəsində Belarus dilində "Рэспубліка Беларусь" (translit. Respublika Belarus – Belarus Respublikası) sözləri yazılmışdır.

Belarus gerbi
Дзяржаўны герб Рэспублікі Беларусь[1]
Detallar
Armiger Belarus Respublikası
Təsis edilib 7 iyun 1995
Təsdiq edilib 7 iyun 1995 (2012-ci ildə gerbə kiçik dəyişikliklər əlavə edilmişdir)
Zirvə Qırmızı ulduz
Gerbin lövhəsi Qırmızı və yaşıl xəttlər
Tərəfkeş Avrasiyanı göstərən qlobus, yüksələn günəş
Şüar Рэспубліка Беларусь (translit. Respublika Belarus – Belarus Respublikası)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerb Belorusiya Sovet Sosialist Respublikası tərəfindən istifadə edilən gerblərin oxşarıdır. Burada keçmiş gerblər arasında ən diqqətə çarpan fərq gerbin mərkəzində yerləşən oraq və çəkic fiqurunun yerinə Belarus xəritəsinin olmasıdır. Gerb 2012-ci ildə bəzi dəyişikliklərə məruz qalmışdır.[2][3]

Təsviri

Dizayn

Gerbin mərkəzində günəş şüalarının üstündə yerləşdirilmiş yaşıl rəngdə Belarus xəritəsi yerləşir. Günəş fiqurunun böyük bir hissəsi qlobus ilə örtülüdür. Qlobusda Avrasiya qitəsinin bir hissəsini göstərilir və burada quru ərazisi bənövşəyi rəngdə, su sahəsi isə mavi rəngdə verilmişdir. Gerbin sağ və sol tərəflərində çiçəklər və buğda sapları verilmişdir. Sol tərəfdə yonca, sağ tərəfdə isə kətan çiçəyi yerləşir. Buğda sapları Belarus bayrağının rəngləri olan qırmızı və yaşıl rəngdəki lentlərlə sarılmışdır. Gerbin aşağı hissəsində Belarus dilində "Рэспубліка Беларусь" (translit. Respublika Belarus – Belarus Respublikası) yazısı, yuxarı hissəsində isə kommunizmin simvolu olan qırmızı ulduz yerləşir.[4][5][6]

Gerbin əks olunduğu Belarus pasportu.

Gerb 2012-ci ildə kiçik dəyişiklərə məruz qalmış, daha canlı rənglərə sahib versiya qəbul olunmuşdur.[2][7][8]

Simvolizm

Belarus gerbini təşkil edən elementlər Belorusiya Sovet Sosialist Respublikasə tərəfindən istifadə olunan gerblərdə mövcud olan elementlərin oxşarıdır. Belorusiya SSR gerbinin mərkəzində fəhlə və kəndliləri xarakterizə edən oraq və çəkic fiquru, hal-hazırda istifadə edilən gerbin mərkəzində isə yaşıl rəngdə verilmiş Belarus xəritəsi mövcuddur. Bundan başqa, əvvəlki gerbdə sadəcə kommunizmi təmsil edən qırmızı rəngdən istifadə olunsa da, Belarus Respublikası gerbində həm qırmızı, həm də yaşıl rənglərdən istifadə edilir. Buna baxmayaraq, SSRİ gerblərinə xas olan qırmızı ulduz, buğda buketləri və qlobus gerbdə hələ də öz əksini tapmışdır.[5][9]

Qanun

Belarus dövlət gerbi ölkənin milli buzüstü hokkey komandasının formasının üzərində.

Hal-hazırda istifadə edilən gerbin istifadəsini müəyyən edən qanun 5 iyul 2004-cü il tarixində qüvvəyə girmişdir. Belarus Konstitusiyasının 3-cü fəslinin 9-cu maddəsində qeyd olunan 301-ci, 302-ci və 303-cü bəndlər gerbin istifadəsini müəyyənləşdirir. Gerbdən rəsmi olaraq rəngli, monoxrom və ya iki rəngli formatda istifadə etmək olar. Belarusun dövlət gerbi ölkə konstitusiyasının 10-cu maddəsinə əsasən, bəzi rəsmi dövlət idarələrində davamlı olaraq mövcud olmalıdır. Bunlara Belarus Prezidentinin rəsmi iqamətgahı, parlament binası, mərkəzi və yerli hökumət qurumları, nazirliklər, Dövlət Təhlükəsizlik Komitəsi, Mərkəzi Bank, səfirliklər, məhkəmələr, hərbi tikililər, dəmiryol stansiyaları, təhsil qurumları və s. aiddir. Gerbin sərhəd məntəqələri və ümumi təhlükəsizlik nəzarət nöqtələrinə də qoyulacağı bildirilmişdir. Əlavə olaraq, gerbdən pasport, pul, marka və rəsmi sənədlər də daxil olmaqla hökumət tərəfindən çıxarılan sənədlərdə də istifadə etmək olar.[4][10]

Qanunvericilikdə həmçinin, gerbin başqa kontekstlərdə istifadəsi məhdudlaşdırılır. Bunlara şəhərlər, qəsəbələr və ya vilayətlər aiddir. Buna əlavə olaraq, dövlət rəmzləri haqqında qanunda adı çəkilməyən müəssisələr gerbdən sadəcə icazə ilə istifadə edə bilər. Gerb həm əcnəbilər, həm də Belarus vətəndaşları tərəfindən yalnız rəmzə hörmət göstərildiyi müddətdə istifadə oluna bilər. Dövlət vəzifəlisi olmayan vətəndaşlar blankların və ya biznes kartların üzərində dövlət gerbindən istifadə edə bilməzlər.[10]

Gerb qanunda sadalanan standard istifadəyə əlavə olaraq, müxtəlif hallarda da isifadə edilmişdir. Bu, Belarus himni üçün hazırlanmış videoklipin əvvəlində və axırında Belarus bayrağı ilə birlikdə televiziyada tez-tez nümayiş olunur. Həmçinin, gerb ümummilli və regional seçkilər ərzində seçki qutularında və kampaniyalarda da nümayiş olunur. Əlavə olaraq, Belarusun sərhəd məntəqələrində də gerb mövcuddur.[11]

Tarix

Poqonya

Minsk şəhərində bir binanın üzərində əks olunan Belarus gerbi.

Böyük Litva knyazlığında 1366-cı ildən, Belarus Xalq Respublikasında isə 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində verilmiş ağ atlı cəngavər fiquru Belarus ərazisində qurulmuş müxtəlif dövlətlərdə gerb kimi istifadə edilmişdir. Bu gerbin istifadəsinə Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən davam edilmişdir.[12] Əslində Litvanın "Vytis" adında rəmzi olan bu fiqur böyük knyazlıq dövründə slavyan belaruslar tərəfindən öz rəmzləri olaraq qəbul edilmişdir.[13] Belarus milliyətçiləri Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan təşkil olduğunu, bu səbəblə də gerbin belaruslara aid olduğu fərziyyəsini irəli sürmüşlər. Bu fərziyyəyə dayaq olaraq Böyük Litva knyazlığı dövründə Belarus dilində yazılmış qanunlar göstərilmişdir.[14] 1916-cı ildə Maksim Boqdanoviç "Poqonya" adlı milliyətçi xarakterli şeirində Belarusun müstəqilliyini qorumuşdur.[15] Bu baxış-bucağı əsasında 1918-ci ildə qurulan qısaömürlü Belarus Xalq Respublikası da bu gerbdən istifadə etmişdir.[16]

Sovet Sosialist Respublikaları İttifaqının süqut etməsindən sonra müstəqilliyini elan edən Belarus 1991–1995-ci illərdə yenə Poqonyadan gerb kimi istifadə etmişdir. Gerbin istifadəsi 1994-cü ildə Aleksandr Lukaşenkonun prezident seçilməsinə qədər iqtidarda olan və SSRİ-dən əvvəlki dövrün rəmzlərindən istifadə edərək milli şəxsiyyət və Belarus Xalq Respublikası ilə davamlılıq imici yaratmağa çalışan Belarus Xalq Cəbhəsi tərəfindən təmin edilmişdir.[17] Poqonyanın istifadəsi əhalinin SSRİ və Rusiyayameylli hissəsində mənfi reaksiyaya səbəb olmuşdur.[18] 1995-ci ildə keçirilən referendumdan sonra hal-hazırkı gerbdən istifadə edilməyə başlanmışdır. Bu referendumdan bəri əvvəlki gerbdən ölkədəki müxtəlif müxalifət qrupları tərəfindən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı etiraz simvolu olaraq istifadə edilir.[19] Müxalifət simvolu kimi müşahidə edildiyinə görə Poqonyadan istifadə Lukaşenko hökuməti tərəfindən qadağan edilməsə də, istifadə edənlərə qarşı cəzalandırıcı tədbirlər görülmüşdür. 2015-ci ildə Poqonya ilə şəkil çəkdirən dörd kursant hərbi məktəbdən qovulmuşdur. Buna reaksiya olaraq ,"Poqonya yandırın" heşteqi bütün ölkə üzrə sosial şəbəkələrdə populyar olmuşdur.. Buna əlavə olaraq, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Belarus yazıçısı Svetlana Aleksandrovna hərbi məktəbin kursantlarına öz dəstəyini bildirmişdir. Daha sonra şagirdlərin məktəbə yenidən qəbul ediləcəyi açıqlanmışdır.[20]

SSRİ dövrü

Belarus 1920-ci ildə Belorusiya Sovet Sosialist Respublikasının qurulmasından Sovet Sosialist Respublikaları İttifaqının süqutunun ardınca 1991-ci ildə müstəqilliyini elan etməsinə qədər digər sovet respublikalarının dövlət gerblərinə oxşar bir gerbdən istifadə etmişdir. İlk rəsmi gerb 1919-cu ildə təsdiq edilmişdir. Bu gerb həmin dövrdə təsdiq olunan Ukrayna Sovet Sosialist RespublikasıRusiya Sovet Federativ Sosialist Respublikası dövlət gerblərinə çox oxşayırdı. Gerbin mərkəzində günəş şüalarının bəzədiyi qırmızı rəngli qalxan və sarı rəngdə verilmiş günəşin üzərində, yəni qalxan fiqurunun mərkəzində fəhlə və kəndlilər arasındakı birliyi təmsil edən oraq və çəkic fiquru yerləşir. Oraq və çəkicin üzərində respublikanın Belarus dilində tam adının abreviaturası – "Б.С.С.Р." yazılmışdır. Gerbin sağ və sol hissələrində buğda saplaqları əks olunmuşdur. Gerbin aşağı hissəsində qırmızı zəmin üzərində, qara yazı ilə Belarus dilində SSRİ-nin rəsmi şüarı olan "Bütün ölkələrin proletarları birləşin!" yazılmışdır.[9]

1920-ci illərdə dövlət gerbi üçün çoxlu fərqli dizayn mövcud idi.[21] 11 aprel 1927-ci il tarixində əvvəlki gerb yenidən dizayn edilmişdir. Gerbin mərkəzində yerləşən qalxan fiquru çıxarılmış və daha çox söz ehtiva edən yeni bir gerbdən istifadə edilməyə başlanmışdır. Yeni gerbin sağ hissəsində palıd yarpağı, sol hissəsində isə buğda saplaqları əks olunmuşdur. Gerbin mərkəzində qlobusun arxasından yüksələn bir günəş təsvir edilmişdir. Oraq və çəkic fiquru yenilənmiş və gerbin üst hissəsinə qırmızı ulduz simvolu əlavə edilmişdir. Əvvəlki gerbin sağ və sol hissəsində yerləşən buğda saplaqlarına kommunizmin simvolu olan qırmızı rəngli lent əlavə edilmiş və üzərilərinə soldan sağa Belarus, İdiş , polyakrus dillərində "Bütün ölkələrin proletarları birləşin!" yazılmışdır. Gerbin aşağı hissəsində ağ yazı ilə respublikanın Belarus dilində tam adının abreviaturası – "Б.С.С.Р." yazılmışdı. Gerb 1937-ci ildə kiçik dəyişikliklərə məruz qalmışdır.[22]

1950-ci ildə yeni bir gerb dizayn edilmişdir. Gerbin sağ və sol hissəindəki çiçək fiqurları yenilənmişdir. Gerbin sol hissəsinə yonca, sağ hissəsinə isə kətan yerləşdirilmişdir. Bu dizayn Belorusiya Sovet Sosialist Respublikası Konstitusiyasının 119-cu maddəsində müəyyənləşdirilmişdir. 28 fevral 1958-ci il tarixində əvvəlki gerbə oxşayan yeni bir gerbdən istifadə edilməyə başlanmışdır.[23]

1995-ci il referendumu

Belarus gerbi Azərbaycan poçt markası üzərində. 2013-cü il.[24]

14 may 1995-ci ildə tarixində Belarusda ümumrespublika referendum keçirilmişdir. Referandumda dörd sual soruşuldu. Suallardan biri "Belarus Respublikası üçün dövlətin tövsiyə etdiyi bayraq və gerbi dəstəkləyirsiniz?" idi. Mümkün seçicilərin 64,7%-nin iştirak etdiyi referandumda gerbə dəyişiklik ilə əlaqədar suala iştirakçıların 75,1%-i (3,622,851 nəfər) bəli, 24,9%-i (988,839 nəfər) isə xeyr cavabını vermişdir. 3:1 nisbətində bəli cavabının verilməsi nəticəsində yeni dövlət gerbi qəbul edilmmişdir. Referandumda cəmi 211,732 səs etibarsız qəbul olunmuşdur.[25][26] 1995-ci il referandumu yeni gerbi dəstəkləyən "yeni sovetçi" Aleksandr Lukaşenko hökuməti ilə Belarus Xalq Cəbhəsinin köməyi ilə təşkil edilmiş qərbəmeylli, milliyətçi cəbhənin qarşı-qarşıya gəldiyi bir dövr yaratmışdır.[27] Müxalifətin məlumatına görə, mübahisəli referandum keçirilməzdən əvvəl dövlət mətbuatı Poqonyanı, gerbin İkinci Dünya müharibəsi dövründə Barbarossa əməliyyatı çərçivəsində faşistlərin Belarusu işğal etdiyi müddətdə də istifadə etməsini əsas götürərək onu nasizm ilə əlaqələndirilmişdi. Muxalifət həmçinin, səs kompasında yeni gerbin şəklinin olmamasını tənqid etmiş və referendum qiymətləndirildiyində seçicilərin 50%-i suala bəli cavabını verməsinə rəğmən gerbin dəyişdirilməsinin konstitusiyaya zidd olduğunu bildirmişdir.[28] Akademik ədəbiyyatda referendumun nəticəsinin Belarusun avtoritarizmə qayıtmasının göstəricisi olduğu ifadəsinə yer verilmişdir.[29] Referandum nəticəsi həmçinin, Lukaşenkonun sovet ənənəsini ehtiva edən siyasətinə xalqda geniş dəstək olduğunu göstərmişdi.[29] Yeni gerbin qəbul edilməsi ilə Belarus sovet dövründə istifadə etdiyi rəmzlərə qayıdan yeganə ölkə olmuşdur.[27]

Lukaşenko bu referandumun xüsusilə Böyük Vətən müharibəsində qazanılan qələbə ilə əlaqəli olduğunu vurğulamış və referandum nəticəsini qələbə elan edərək "Vuruşduğunuz ölkənin bayrağını sizə geri qaytardıq. Sizə həm xatirəni, həm də qüruru geri qaytardıq" ifadələrindən istifadə etmişdir.[30]

26 mart 1998-ci il tarixində qəbul edilən sərəncama görə, may ayının ikinci bazar günü "Dövlət Gerbi və Milli Bayraq Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.[31]

İstinadlar

  1. https://president.gov.by/be/gosudarstvo/simvolika/gerb (belar.). 2023.
  2. "The Flag and the Coat of Arms of Belarus: what changes has been in 2012 and how makes symbols of belarussian country". СТВ. 2019-09-18 tarixində orijinalından arxivləşdirilib.
  3. "The emblem in the redaction of 2012". 2016-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  4. "Государственная символика Республики Беларусь". Belarus Respublikası Prezidentliyi. 2017-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  5. "Symbols and Anthem of the Republic of Belarus". Belarus.by. 2016-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  6. President of the Republic of Belarus Description of the National emblem Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine. Alınma tarixi: 1 mart 2006.
  7. "Флаг и герб Беларуси: какие изменения произошли в 2012 году и как создаются символы белорусской государственности" (Rusça). Ctv.by. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
  8. "The State Emblem of the Republic of Belarus" (İngilizce). Belarus.by. 2016-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
  9. "TГербы Советской Белоруссии, 1919". 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  10. "Belarus Respublikası qanun № 301-303 / Belarus Respublikası Dövlət Rəmzləri Qanunu". 2015-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30. (#invalid_param_val)
  11. "Государственный пограничный комитет Республики Беларусь". Gpk.gov.by. 2009-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
  12. "The Coat of Arms of Lithuania". Lrs.lt. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  13. Luizzi, Afina S.; Qrozbi, Stiven. Nationality and Nationalism. I.B. Tauris. 2004. səh. 174.
  14. Abdilal, Ravi. National Purpose in the World Economy: Post-Soviet States in Comparative Perspective. Nyu-York: Kornell Universiteti Nəşriyyatı. 2005. səh. 135. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  15. Mek-Millen, Arnold Barret. Die Literatur der Weissrussen. Schmitz. 1977. səh. 160.
  16. Tsitoy, A. Геральдыка Беларусі. Менск: МФЦП. 2010. səh. 144. ISBN 978-985-454-500-4.
  17. Kacarski, Aliyaksey. Memories of Empire and Entry Into International Society: Views from the European Periphery. Oksford: Routledge. 2017. səh. 31. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  18. Hofmen, Stiven M.; Böhr, Rinii. Lithuanian and Belarusian National Identity in the Context of European Integration (PDF). Kaunas: Vıtautas Maqnus Universiteti Nəşriyyatı. 2013. səh. 162. 2017-08-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  19. "Сымболіка". Pbnf.org. 2008-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  20. "Belarus: Nobel laureate wades into national emblem row". BBC. 21 oktyabr 2015. 2017-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.
  21. Byerastıyen, S. Дыялог па-над часам. Літаратура і мастацтва. 1972. səh. 15.
  22. "Гербы Беларуси". Heraldicum.ru. 2016-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  23. İmzasız. Флаг и Герб СССР. Moskva. 1972. səh. 26.
  24. 11.06.2013. Azərbaycan və Belarusiya diplomatik əlaqələrin 20 illiyinə həs olunmuş marka. Arxivləşdirilib 2018-11-30 at the Wayback Machine azermarka.az  (az.)
  25. Z. Zıbiyeka. Historia Białorusi 1795-2000 (polyak). Lubnin. 2002.
  26. "Центральной комиссии Республики Беларусь по выборам и проведению республиканских референдумов" (PDF). Rec.gov.by. 2016-10-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  27. Viktoroviç Ioffe, Qriqoriy. Understanding Belarus and how Western Foreign Policy Misses the Mark. Rowman & Liitlefield. 2008. səh. 64.
  28. "Belarusian state symbol "Pahonia" - "Chase" / "Pahonia" Today". Belarusguide.com. 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  29. Davişa, Keren; Perrott, Brus; Mixalişko, Ketliin C. Democratic Changes and Authoritarian Reactions in Russia, Ukraine, Belarus and Moldova. Kembric Universiteti Nəşriyyatı. 1997. səh. 265.
  30. Vitali Silitski. "A Partisan Reality Show" (ingilis). Belarus News and Analysis. 11 may 2005. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 October 2017.
  31. Vitali Silitski. "Указ Президента Республики Беларусь 26 марта 1998 г. N 157 "О государственных праздниках, праздничных днях и памятных датах в Республике Беларусь"". Ncpi.gov.by. 26 mart 1998. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.