Belarus Hərbi Hava Qüvvələri
Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri (belarusca: Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь) — Belarus Silahlı Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərən xüsusi hərbi birləşmədir. 1992-ci ildə Belarus ərazisində dislokasiya olunmuş Sovet Hərbi Hava Qüvvələrinin 26-cı Hava Ordusunun əsasında yaradılmışdır.[1]
Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri | |
---|---|
Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 15 iyun 1992 - günümüzə |
Ölkə | Belarus |
Tabedir | Belarus Silahlı Qüvvələri |
Daxildir | Belarus Silahlı Qüvvələri |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-mayor Oleq Dviqalev |
Vikianbarda əlaqəli mediafayllar |
5 may 1942-ci ildə Qərb cəbhəsinin hava qüvvələrinin əsasında 1-ci Hava Ordusu yaradılmışdır.[2] 10 yanvar 1949-cu ildə rəhbərliyin əmrinə əsasən bu ordunun adı dəyişdirilərək 26-cı Hava Ordusu adlandırılmışdır. 1 may 1988-ci il tarixində SSRİ Müdafiə Nazirliyinin 0018 saylı qərarına əsasən 26-cı Ordu Belarus Hərbi Dairəsinin Hava Qüvvələrinin tərkibinə verilmişdir. 15 may 1992-ci ildə Belarus Respublikası Müdafiə Nazirliyinin 05 saylı əmrinə əsasən 26-cı Hava Ordusu Belarus HHQ-nin tabeçiliyinə verilmişdir.
Belarus HHQ-nin Rusiya HHQ ilə çox yaxın əlaqələri var.[3][4][5]
Qəzalar
30 avqust 2009-cu ildə Polşanın Radom şəhərində Aviaşounun ikinci günü bir ədəd Su-27UBM döyüş təyyarəsi qəzaya uğramışdır.[6][7]
21 aprel 2010-cu ildə təlimlər zamanı iki ədəd MiQ-29 döyüş təyyarəsi toqquşmuşdur. Təyyarələrdən biri yerə təhlükəsiz şəkildə eniş edə bilsə də, digəri qəzaya uğramışdır.[8]
23 sentyabr 2010-cu ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.[9]
29 noyabr 2011-ci ildə bir ədəd Mi-24 döyüş helikopteri Novye Zasimoviçi kəndi yaxınlığındakı meşəlik ərazidə qəzaya uğramış, nəticədə hər üç ekipaj üzvü həlak olmuşdur.[10][11]
12 iyun 2012-ci ildə bir ədəd Su-25 kiçik bir kəndin yaxınlığında qəzaya uğramışdır. Qəzanın baş vermə səbəbi pilot Nikolay Qridnyovun aşağı hündürlükdə manevr edərkən idarəetməni itirməsi olmuşdur.[12][13]
11 noyabr 2014-cü ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.[14]
23 fevral 2017-ci ildə bir ədəd MiQ-29 havalanarkən mühərrikdə baş verən yanğın səbəbilə təyyarə qəzaya uğramış, pilot katapult edərək sağ qalmışdır.
Gələcək planlar
Gələcək planlara görə, Belarus Rusiyadan 18 ədəd Su-30K və ya Su-30KN tipi döyüş təyyarəsi almağı hədəfləyir. Rusiya bu qırıcıların hər birini 5 milyon dollar qarşılığında modernizasiya edir. Belarus da bu modernizasiya proqramında iştirak edərək bir neçə Su-30KN döyüş təyyarəsi almaq niyyətindədir.[15]
Bundan başqa, Belarus və Rusiya 2015-ci ildə dörd ədəd Yak-130 yüngül hücum təyyarəsinin satın alınması haqqında müqavilə imzalamışdır.[16][17][18]
Təchizatı
Uçuş avadanlığı | İstehsalçı ölkə | Növü | Variantı | Sayı | Əlavə məlumat | |
---|---|---|---|---|---|---|
Döyüş təyyarəsi | ||||||
MiQ-29 | SSRİ | Çoxməqsədli qırıcı | 43[19] | 13-ü MiQ-29BM səviyyəsində modernizasiya olunmuşdur[20] | ||
Su-25 | SSRİ | Hücum təyyarəsi | 68[19] | |||
Su-30 | Rusiya | Döyüş təyyarəsi | 12 ədəd sifariş verilib[19][21] | |||
Hərbi nəqliyyat təyyarəsi | ||||||
İlyuşin İl-76 | SSRİ | Hərbi nəqliyyat təyyarəsi | 2[19] | |||
Antonov An-26 | SSRİ/ Ukrayna | Nəqliyyat | 3[19] | |||
Helikopter | ||||||
Mil Mi-8 | SSRİ/ Rusiya | Hərbi-nəqliyyat | 30 | Əlavə 6 ədəd sifariş verilib[19] | ||
Mi-24 | SSRİ | Döyüş helikopteri | 21[19] | |||
Mi-26 | SSRİ | Nəqliyyat | 5[19] | |||
Təlim təyyarəsi | ||||||
Yak-130 | Rusiya | Təlim/yüngül hücum təyyarəsi | 8[19] | |||
Aero L-39 Albatros | Çexiya | Təlim | 10[19] | |||
Mi-2 | Polşa | Təlim | 6[19] |
Həmçinin bax
İstinadlar
- "The Military Balance 2014". Arxivləşdirilib 2018-10-01 at the Wayback Machine, 5 fevral 2014.
- Belarusian Ministry of Defence, http://www.mod.mil.by/s37sprawka.html Arxivləşdirilib 2007-10-28 at the Wayback Machine
- White October Ltd. "The Conventional Imbalance and Debate on Russian Non-Strategic Nuclear Weapons". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Defence Statistics 2013" Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine 1 avqust 2013
- "Defence Statistics 2014" Arxivləşdirilib 2017-10-19 at Archive-It 15 may 2014
- "BelaPAN. In pictures: Funeral for two Air Force pilots in Baranavichy". 2014-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Belarus to modernize its fleet of Sukhoi Su-27 jet fighter". 28 avqust 2017. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
- Harro Ranter. "ASN Aircraft accident 21-APR-2010 MiG-29 Fulcrum". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- Harro Ranter. "ASN Aircraft accident 23-SEP-2010 MiG-29UB 63". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- Harro Ranter. "ASN Aircraft accident 29-NOV-2011 Mil Mi-24 01 white". 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Military helicopter crashes in Pruzhany killing crew - Charter'97 :: News from Belarus - Belarusian News - Republic of Belarus - Minsk". 2014-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- Harro Ranter. "ASN Aircraft accident 12-JUN-2012 Sukhoi Su-25". 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Belarussian Su 25 crashes, pilot choses not to eject to save civilians". Indian Defence Forum. 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Archived copy". 28 avqust 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Arxivlənmiş surət". 2011-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
- "Russia to Deliver Four Warplanes to Belarus in 2015". 2014-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Belarusian army: between disarmament and optimisation". UDF.BY -. 2014-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- John Pike. "Belarus Air and Air Defense Force". 2009-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "World Air Forces 2017". Flightglobal Insight. 2017. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Музей авиационной техники-Боровая". museum.ucoz.ru. 2014-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2017.
- "Arxivlənmiş surət". 2017-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-28.
Xarici keçidlər
- Официальная страница ВВС и ВПВО Республики Беларусь Arxivləşdirilib 2012-09-25 at the Wayback Machine
- Всё о ВВС Беларуси Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine