Belarus ədəbiyyatı

Belarus ədəbiyyatıbelarus dilində və ya belarus müəllifləri tərəfindən yazılmış ədəbiyyat.

Ümumi məlumat

Belarus ərazisində ədəbiyyatın inkişafı X əsrdə xristianlığın qəbulu və qədim slavyan dilində yazının yayılması ilə əlaqədardır. Bu dövrdən başlayaraq indiki Belarus ərazisində dini və dünyəvi yazılı abidələr tərcümə olunmaqla yanaşı, orijinal əsərlər də yaradılırdı (Kirill Turovskinin “Nə sihətlər”i, XII əsr və s.). XIII əsrin 2-ci yarısı– XV əsrdə salnamələr (“Belarus-Litva salnaməsi”, 1446 və s.), hüquqi aktlar qədim Belarus dilində tərtib olunurdu. XIV əsrin sonlarından katolik kilsəsinin təsiri artır, polyaklaşdırma və latın dilinin yayılması prosesi güclənirdi. Ədəbiyyat qədim Belarus latın və polyak dillərində yaradılırdı. XV əsrin sonu – XVI əsrdə Belarus ərazisində Avropa İntibah və Reformasiya ideyaları yayıldı. İlk dəfə şərqi slavyanlarda kitab çapı yarandı: F. Skorina “Əhdi ətiq”in 23 kitabını qədim Belarus dilinə çevirərək Praqada (1517–19) çap etdirdi. Latın ədəbiyyatı N. Qussovskinin “Zubr haqqında nəğmə” (XVI əsrin əvvəlləri) epik poeması ilə təmsil olunurdu. “Bıxovetsin xronikası” (XVI əsrdə tərtib edilmişdir) salnamələr toplusunda tarixi nəsr və belletristika elementləri mövcuddur. XVI əsrin 2-ci yarısında polyaklaşdırma siyasətinin gücləndirilməsi fonunda Reformasiya publisistikasında, satira və bəlağət nəsrində katolisizmə qarşı müqavimət artırdı.[1]

XVII-XVIII əsrlər

XVII əsrdə satirik və polemik ədəbiyyat inkişaf etmişdi (“Meleşkanın bəhsi” və s.). 1697-ci ildə Polşa seyminin qədim Belarus dilində kitabların nəşrini qadağan etməsi XVIII əsrdə Belarus ədəbiyyatının inkişafını ləngitdi. Lakin bu dövrdə ilk dəfə danışıq dilindən istifadə etməklə komediya janrında əsərlər (“Komediya”, K. Maraşevski, 1787) yaradılırdı. 

XIX əsr

XIX əsrin 1-ci yarısında romantizmin təsir ilə xalqın folkloruna, tarixinə və adətlərinə maraq artdı. Xalq poeziyası nümunələri yazıya alındı və çap olundu (“Kənd nəğmələri...”. Y. Çeçot, 1837–46; 6 toplu). Satirik parodiya poemaları (XIX əsrin 1-ci yarısı anonim poemaları: “Astarına çevrilmiş Eneida”, “Taras Parnasda”) yarandı. 1866-cı ildə V.İ. Dunin-Martsinkeviç “Pinsk şlyaxtası” komediyası ilə milli teatrın əsasını qoydu. XIX əsrin 2-ci yarısı Belarus ədəbiyyatında milli özünüdərkin oyanışı (Y. Luçinanın poeziyası) müşahidə olunurdu. 1863-cü il üsyanının başçısı Kastus Kalinovskinin publisistikası Belarus ədəbiyyatı tarixində mühüm yertuturdu. F.K. Boquşeviç “Belarus tütəyi” (1891) poeziya toplusunun müqəddiməsində irəli sürdüyü milli dirçəliş proqramında Belarus ədəbi dilinin formalaşmasını təxirəsalınmaz məsələ hesab edirdi.

XX əsr

XIX əsrin sonu – XX əsrin əvvəllərində yeni Belarus ədəbiyyatı banilərinin (Ş. Yadvigin, Tyotka, Y. Kupala, Y. Kolas, M.A. Boqdanoviç, T. Qart nı və b.) yaradıcılığında kəndli obrazı əsas yer tu turdu. Poeziyada Avropa lirikasının klassik forma və janrlarından istifadə olunurdu (Boqdanoviç; Kupala və Kolasın sonetləri). Belarus bədii nəsri (Kolas, Yadvigin, Z. Byadulya, M. Qoretski və b.-nın hekayələri) yaranır, dramaturgiya (Kupala, F. Alexnoviç) inkişaf edir, ədəbi tənqid (Y. Karski, A. Lutskeviç) formalaşırdı.

Belarusdilinə dövlət statusunun veril məsi, belaruslaşdırma mədəni siyasəti 1920-ci illərdə ədəbiyyatın güclü inkişafına, onun mövzu və obraz sistemində yeniliklərə yol açdı. Ədəbi dövri nəşrlər (“Polımya” jurnalı, 1922), yazıçı birlikləri (“Maladnyak”, 1923; “Uzvışşa”, 1926 və s.) meydana gəldi.

Müasir dövr

XX əsrin 2-ci yarısında Belarus yazıçılarının yaradıcılığında müharibə mövzusu başlıca yer tuturdu. Roman janrında epik meyillərin güclənməsi M. Lınkovun “Unu dulmaz günlər” (1948–58) tetralogiyası və İ. Melejin “Minsk istiqaməti” (1949–52) romanında əksini tapmışdır. 50-ci illərin ortaları, 60-cı illər Belarus ədəbiyyatında qəhrəmanlıq, mənəvi seçim, insanın şərə qarşı çıxa bilməsi mövzuları geniş yer tuturdu (R. Borodulin, Q. Buravkin, V. Korotkeviç, V. Bıkov və b.). 70-ci illərdə ədəbi tənqid və ədəbiyyatşünaslıq inkişaf edir (A. Adamoviç, S. Alek sandroviç, V. Borisenko, V. Kolesnik, O. Loyko və b.), ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlər, görkəmli Belarus yazıçıları haqqında monoqrafiyalar nəşr olunurdu. 1970–2000-ci illərdə Belarus ədəbiyyatının əsas janrına çevrilmiş romanla yanaşı müasir cəmiyyətin kəskin problemlərinə toxunan sənədli nəsr də (A. Adamoviç, Y. Brıl, V. Kolesnik, S. Aleksieviç) inkişaf edir, Çernobıl mövzusuna xüsusi yer verilir (“Sular acı oldu” sənədli povesti, V. Gigeviç və O. Çernov, 1991; “Çernobıl duası”, S. Aleksieviç, 1997). Poeziya xeyli janr-üslub müxtəlifliyi əldə edir. Belarus mühacir şairlərinin (N. Arsenyeva, A. Solovey və M. Sednevin lirikası) əsərləri çap olunur. P. Brovkanın “Günlər keçir” kitabı, Y. Kupala, Y. Kolas, P. Qlebka, A. Kuleşov, M. Tank, Y. Brıl və b. Belarus yazıçılarının bir sıra əsəri Azərbaycan dilinə tərcümə edilmişdir. “Azərbaycan nağılları”, S. Vurğunun bir sıra şeirləri, M. İbrahimovun “Gələcək gün” romanı, Əbülhəsənin “Tamaşa qarının nəvələri” povesti, həmçinin başqa Azərbaycan şair və yazıçılarının əsərləri Balarus dilin də nəşr olunmuşdur.

Ədəbiyyat  

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  • Александровіч С. Х. Пуцявіны роднага слова. — Мн.: Выдавецтва БДУ, 1971. — 245 с.
  • Александровіч С. Х. Слова — багацце : Літ.-крытыч. арт. — Мн.: Мастацкая літаратура, 1981. — 413 с.
  • Александровіч С. Х., Александровіч В. С. Беларуская літаратура XIX-пачатку XX ст. : Хрэстаматыя крыт. матэрыялаў. — Мн.: Выд-ва БДУ, 1978. — 256 с.
  • Беларуская літаратура : ХІ—ХХ стст.: Дапам. для шк., ліцэяў, гімназій, ВНУ / А. І. Бельскі, У. Г. Кароткі, П. І. Навуменка і інш.. — 2-е выд., дапрац. — Мн., 2001.
  • Беларускія пісьменнікі (1917-1990) : Даведнік / Склад. А. К. Гардзіцкі. — Мн.: Маст.літ., 1994. — 652 с. — ISBN 5-340-00709-X.

İstinadlar

  1. Роўда І.С. Гісторыя беларускай літаратуры ХI—ХIХ стагоддзя. Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Пад рэдакцыяй: Т.П. Казаковай.2007.75.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.