Belçika qadın milli voleybol komandası

Belçika qadın milli voleybol komandası — son illərdə dünya voleybolunda formalaşan ən güclü komandalardan sonuncusu hesab olunur. Belə ki, bu milli 2013-cü ildəki möhtəşəm yüksəlişi sayəsində kəşf edilmişdir.

Belçika
Reytinqdə sırası 22 (2014 yanvar ayı üçün)[1]
KonfederasiyaCEV
FederasiyaFRBV
MəşqçiBelçika Gert Vande Broek
İnternet Saytı Belçika Voleybol Federasiyası Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine
Olimpiya oyunları
İştirakı-
Ən yaxşı nəticəsi-
Dünya çempionatı
İştirakı2 dəfə (debütü 1956-cı il)
Ən yaxşı nəticəsi12-ci yer : 1956
Avropa çempionatı
İştirakı7 dəfə (debütü 1967-ci il)
Ən yaxşı nəticəsi3-cü yer : 2013

Tarixi

Belçika millisi 1956-cı ildə ilk dəfə olaraq mundiala vəsiqə qazanmışdır. Həmin turnirdə on üçüncü yeri tutan milli doqquz il sonra da Avropa çempionatına vəsiqə qazanmış, bu turnirdə də ilk onluqda yer tuta bilməmişdir.

Milli komandanın 2013-cü ilə qədər hər hansı böyük bir uğuru olmamışdır. Bu ildə keçirilən Avropa çempionatında göstərilən möhtəşəm oyun və qazanılan bürünc medal voleybol mediasını çaşbaş salmışdır. Həmin turnirdə milli ilk olaraq İtaliya, Fransa və otuz üç il sonra bu turnirə qatılan İsveçrə ilə bir qrupa düşmüşdü.[2] Qrupda hər üç milli komandanı məğlub edən Belçikanın uğuru çoxları tərəfindən təsadüf sayılırdı. Ancaq komanda bunun süpriz olmamasını növbəti turlarda bütün voleybolsevərlərə nümayiş etdirdi. Onlar pley-offda da Fransanı 3–2 yenərək yarımfinala yüksəlmişdi. Bu mərhələyə qədər böyük sensassiyaya imza atan Belçika qadın millisin yolunu təşkilatçı ölkələrdən Almaniya kəsdi. Bu matçda 2–0 öndə olmasına rəğmən 3–2 uduzan millinin üçüncülük matçındakı rəqibi digər yarımfinal görüşünün məğlubu Serbiya oldu. Həmin görüşdə da qalib gələn Belçika milli voleybol komandası tarixinin ən böyük uğuruna imza ataraq bürünc medalllara yiyələndi.[3]

Avropa çempionatından öncə isə 2013-cü ilin iyununda milli komanda başqa bir uğura da imza atmışdı. Komanda bu zaman mini turnirlərin ən önəmlilərindən sayılan Avropa Liqasında iştirak etmişdi. Qruplarda qazandığı 29 xalla birinci yeri tutan Belçika yarımfinala yüksəlmişdi. Bu mərhələdə Rumıniya millisinə heç bir set verməyərək adını finala yazdırmışdı. Finalda daha sonra Avropa çempionatında da qarşısını kəsəcək Almaniya millisinə uduzan Belçika Avropa miqyaslı tunirlərdə ilk medalını qazanmışdı. Həmin vaxt turnirin Ən Dəyərli Oyunçusu da məhz Belçika komandasının kapitanı Çarlotte Leys olmuşdu.[4]

Millinin 2014-cü ilin ilk yarısı üçün ən sonuncu uğuru isə 36 il sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanması idi. Bu turnirin seçmə mərhələsinin K qrupunda Polşa kimi nəhəng voleybol ölkəsi sayılan, 2009 Avropa çempionatının qalibi olan bir millini geridə qoyaraq mundialın final mərhələsindən kənarda qoymuşdu. Həmin turnirin final mərhələsinin püşkatmasına əsasən Belçika millimizlə eyni qrupa düşmüşdü.[5]

Heyəti

2013-cü il Avropa çempionatı üçün rəsmi heyət[6]

  • Baş məşqçi : Belçika Gert Vande Broek
Nömrə Oyunçunun adı Mövqeyi Çıxış etdiyi klub
1 Nina Kulman Hücumçu Belçika Asterix Kieldrext
2 Britt Ruysschaert Libero Belçika Asterix Kieldrext
3 Frauke Dirickx Toppaylayıcı Polşa Dabrova Gornicza
4 Valeri Kurtua Libero Belçika Oudegem
5 Laura Heyrman Blokçu Almaniya Dresdner
6 Çarlotte Leys Hücumçu Polşa Dabrova Gornicza
9 Freya Aelbrecht Blokçu Fransa Kann
10 Lise Van Hecke Diaqonal İtaliya Tiboni Urbino
11 Els Vandestini Hücumçu Almaniya Amburgo
12 Angie Bland Blokçu Almaniya Alemannia
14 Helene Rousseaux Hücumçu Polşa Muszinianka
16 Casmin Biebauv Toppaylayıcı Belçika Oudegem
17 İlka Van de Vyver Toppaylayıcı Fransa Kann
19 Lore Gillis Diaqonal Belçika Oudegem

Əsas turnirlərdə qazandığı nəticələr

Dünya Çempionatı

İl Təşkilatçı ölkə Nəticəsi
1952 SSRİ SSRİtəsnifat keçilmədi
1956 Fransa Fransa13-cü
yer
1960 Braziliya Braziliyatəsnifat keçilmədi
1962 SSRİ SSRİtəsnifat keçilmədi
1967 Yaponiya Yaponiyatəsnifat keçilmədi
1970 Bolqarıstan Bolqarıstantəsnifat keçilmədi
1974 Meksika Meksikatəsnifat keçilmədi
1978 SSRİ SSRİ22-ci
yer
1982 Peru Perutəsnifat keçilmədi
1986 Çexoslovakiya Çexoslovakiyatəsnifat keçilmədi
1990 Çin ÇXRtəsnifat keçilmədi
1994 Braziliya Braziliyatəsnifat keçilmədi
1998 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2002 Almaniya Almaniyatəsnifat keçilmədi
2006 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2010 Yaponiya Yaponiyatəsnifat keçilmədi
2014 İtaliya İtaliyatəsnifat keçilmədi

Avropa Çempionatı

İl Təşkilatçı ölkə Nəticəsi
1949 Çexoslovakiya Çexoslovakiyatəsnifat keçilmədi
1950 Bolqarıstan Bolqarıstantəsnifat keçilmədi
1951 Fransa Fransatəsnifat keçilmədi
1955 Rumıniya Rumıniyatəsnifat keçilmədi
1958 Çexoslovakiya Çexoslovakiyatəsnifat keçilmədi
1963 Rumıniya Rumıniyatəsnifat keçilmədi
1967 Türkiyə Türkiyə14-cü
yer
1971 İtaliya İtaliyatəsnifat keçilmədi
1975 Yuqoslaviya Yuqoslaviya12-ci
yer
1977 Finlandiya Finlandiyatəsnifat keçilmədi
1979 Fransa Fransa12-ci
yer
1981 Bolqarıstan Bolqarıstantəsnifat keçilmədi
1983 Şərqi Almaniya Şərqi Almaniyatəsnifat keçilmədi
1985 Niderland Niderlandtəsnifat keçilmədi
1987 Belçika Belçikatəsnifat keçilmədi
1989 Almaniya Almaniyatəsnifat keçilmədi
1991 İtaliya İtaliyatəsnifat keçilmədi
1993 Çexiya Çexiyatəsnifat keçilmədi
1995 Niderland Niderlandtəsnifat keçilmədi
1997 Çexiya Çexiyatəsnifat keçilmədi
1999 İtaliya İtaliyatəsnifat keçilmədi
2001 Bolqarıstan Bolqarıstantəsnifat keçilmədi
2003 Türkiyə Türkiyətəsnifat keçilmədi
2005 Xorvatiya Xorvatiyatəsnifat keçilmədi
2007 Belçika Belçika/Lüksemburq Lüksemburq7-ci
yer
2009 Polşa Polşa11-ci
yer
2011 Serbiya Serbiya/İtaliya İtaliyatəsnifat keçilmədi
2013 Almaniya Almaniya/İsveçrə İsveçrə
Bürünc medal

Digər turnirlərdə qazandığı nəticələr

Avropa Liqası

İl Təşkilatçı şəhər Nəticəsi
2009 Türkiyə Kayseridəvət göndərilmədi
2010 Türkiyə Ankaradəvət göndərilmədi
2011 Türkiyə İstanbuldəvət göndərilmədi
2012 Çexiya Karlovı Varıdəvət göndərilmədi
2013 Bolqarıstan Varna
Gümüş medal

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.