Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır.
BEKO | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Tabe şirkət |
Sənaye | elektron qurğular, məişət texnikası |
Məhsulları | məişət texnikası, Paltaryuyan maşın, Kondisioner, soyuducu, Televiziya, Fərdi kompüter, Soba, noutbuk |
Təsis tarixi | 1955 |
Baş qərargahın yeri | Türkiyə, İstanbul |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Arçelik AŞ |
Rəhbərlik | |
Təsisçi | |
beko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı. Konservlərin istehsalını başlamaq mümkün olmadı. BEKO zavodu yeni – Beko Ticaret A.Ş. adı altında fəaliyyət göstərməyə başladı. Arçelik şirkəti Ceneral Elektrik ilə müqavilə bağlayır və fabrik elektrik lampaları istehsal etməyə başlayır. Türkiyədə lampa istehsalı ilə məşğul olan ilk zavod Beko Ticaret A.Ş. olur.
Şirkətin məhsul növlərinin genişlənməsi 1996-cı ilə qədər davam edirdi. Bu müddət ərzində daha iki – paltaryuyan maşın və kondisioner istehsal edən zavod tikilmişdir. Öz şirkətini daim təkmilləşdirən, buraxdığı məhsulların çeşidlərini artıran və keyfiyyətini yüksəldən Vehbi Koç alıcıların tələbatını da diqqətdən kənarda qoymurdu. Alıcılara maksimum rahatlıq bəxş etməyə can atan Koç məhsulların alıcıların evinə ünvanlı çatdırılması sistemini təşkil edir. 1990-cı ildə Arçelik öz məhsullarını Avropa ölkələrinə ixrac etməyə başladı. Texnikanın dünya bazarında satışı üçün BEKO brendi seçildi. BEKO əmtəə nişanı əvvəlcədən dünya bazarına çıxış üçün yaradılmışdı. 1999 və 2000-ci illərdə Arçelik şirkətinin tərkibində əsaslı dəyişikliklər baş verdi. Ardem və Arçelik şirkətləri birləşir. Koç Holding Durable Consumer Goods konsernində islahatlar aparılır, nəticədə BEKO Beko Ticaret A.Ş.-dən ayrılaraq Arçelik A.Ş. firmasına birləşir.[mənbə göstərin]
Maraqlı faktlar
- 2006-cı ilin yanvar ayında Belorusiyada "2005-ci ilin brendi" adlı beynəlxalq müsabiqədə 33 kateqoriya üzrə qiymətləndirilən 59 əmtəə nişanı arasında BEKO markası qızıl medala layiq görülmüş və paltaryuyan maşın istehsalı sahəsində "ilin brendi" seçilmişdir.