Behrud

Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır.[2]

Behrud
39°04′29″ şm. e. 45°51′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 520 nəf. (2010)
Rəsmi dili
Behrud xəritədə
Behrud
Behrud

Tarixi

Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.[3].

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir.

Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir.[3].

Əhalisi

Əhalisi 545 nəfərdir.[4]

Tanınmış şəxsləri

  • Vəli Hüseynov — Fizik; Fizika riyaziyyat elmləri doktoru. Akademik; AMEA-nın müxbir üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi
  • Rüstəm Behrudi — şair.
  • Cavad Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1976), professor (1982), Azərb. Respublikası Dövlət mükafatı laureatı (1982).
  • Əhməd Abdinov — fizik, Fizika-riyaziyyat elmləri doktoru (1978), prof.(1981).
  • Nazim Hüseynov — texniki elmlər doktoru, professor, Milli Aviasiya Akademiyasının meteorolojiya kafedrasının müdiri, Azərnaviqasiya şirkətinin eksprezidenti.
  • Nurəddin Sadıqov — Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (1992–1993), Hərbi işlər üzrə dövlət müşaviri (1993–2000), General-mayor.
  • Vaqif Xəlilov (Behrudi) — Yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar müəllim.
  • İsmayıl Əliyev — İqtisad elmləri doktoru, Sankt-Peterburq Maliyyə və İqtisad Universitetinin professoru
  • Əsgər Hacıyev

İqtisadiyyatı

Əhalisi bağçılıq, taxılçılıqheyvandarlıqla məşğuldur.

Mədəniyyəti

Orta məktəbi, kitabxanası, klubu, tibb məntəqəsi var[5].

İstinadlar

  1.  Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
  4.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  5. "Behrud". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.