Behbudovlar
Behbudovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Behbudovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Behbudəli ağa Sarıcalı-Cavanşir |
Qohum soylar | Cavanşirlər |
Budaqları | Muradovlar, Rüstəmbəyovlar (I), Qasımbəyovlar |
Mənşəyi | Qarabağ |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
Bu soy Cavanşir elinin Sarıcalı oymağından yaranıb. Soyun ilk patronu Behbudəli ağa Ibrahimxəlil ağa oğlu Sarıcalı obasında anadan olmuşdu. Pənahəli xanın qardaşıdır. Mədrəsə təhsili almışdı. Xanlığın qurucularından biri idi. Qarabağ qoşununa sərkərdəlik etmişdi.
Behbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğulları vardı.
Behbudovlar və yaxud Behbudalılar Qarabağda tanınmış, sayılan-seçilən bir soy olublar. Soyun patronu Behbudəli ağa Pənahəli xanın qardaşı və xanlığın qurucularından idi. Onun oğulları da xanlığın üzdə olan adamlarından, seçkin bəylərdən sayılırdılar. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazırdı ki, İbrahimxəlil xanın qardaşları, qardaşı oğlanları, öz övladları və əmisi uşaqları məruf bəy olub, mal-dövlət, nökər və cəlal sahibi idilər. Onların hər biri başqa vilayətlərin xanlarına bərabər idi. Behbudəlilər Azərbaycan tarixində iz qoyublar. Xalqımızın elm, mədəniyyət, incəsənət və ədəbiyyat sahəsinə öz töhfəsini veriblər.
Azərbaycanın azadlıqı uğrunda ermənilərə qarşı mübarizə aparmış, Azərbaycan Cümhuriyyəti dövründə Şuşa qəzasının polis rəisi olmuş, Xan Şuşinskinin dayısı. Yusif bəy Behbudov (1896 Şuşa- Bakı). 1937-ci ildə tutulub 10 il həbs alıb. Bir müddət də sürgündə yaşamışdı. Sürgündən dönəndən sonra vəfat etmişdir.
Soyun məşhur nümayəndələri
Şəkil | Adı və soyadı | Həyatı | Vəzifəsi | Rütbəsi, çini |
---|---|---|---|---|
Hacı Ağalar xan Cavanşir | 1758–1834 | Sərkərdə | Kapitan (Rusiya), general-mayor (İran) | |
Rüstəm bəy Cavanşir | 1772–1843 | Möhrdar | Mayor | |
Yusif bəy Behbudov | 1896 — |Selekçiyaçı, zootexnik | |||
Səlim bəy Behbudov | 1885–1942 | Redaktor, tərcünəçi | ||
Mirzəli bəy Behbudov | 1886–1937 | Vəkil | ||
Əli bəy Behbudov | 1870–1937 | Pedaqoq | ||
Lütfəli bəy Behbudov | 1877–1919 | Mühəndis | ||
Vaqif Behbudov | 1938 | Rejissor, operator | ||
Baba bəy Behbud | 1897–1970 | Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti |
Mənbə
- Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh.