Behbud ağa Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat.
Behbud ağa Şahtaxtinski | |
---|---|
Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü | |
Vəzifədədir | |
1923-cü ildən | |
yanvar 1922 – 3 mart 1922 | |
Əvvəlki | Abbas Qədimov |
Sonrakı | Teymur Əliyev |
Noyabr 1921 – ? | |
Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarı | |
21 iyun 1920 – ? | |
Əvvəlki | Dadaş Bünyadzadə |
15 iyul 1920 – ? | |
12 iyun 1920 – 21 iyun 1920 | |
Əvvəlki | Əliheydər Qarayev |
Sonrakı | Vəzifə ləğv edildi. |
Naxçıvan Qaçqınlar Komitəsinin sədri | |
Dekabr 1918 – İyun 1920 | |
11 iyun 1918 – Sentyabr 1918 | |
Hümmət Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin sədr müavini | |
7 yanvar 1918 – 11 iyun 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1924 |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar.
Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi.
Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır.
Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud ağa Şahtaxtınski imzalamışdır.[1]
1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında (hazırda Görkəmli Azərbaycanlılar panteonu ərazisi) dəfn olunmuşdur.
İstinadlar
- "Naxçıvanın görkəmli şəxsiyyətləri". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-25.
Həmçinin bax
Xarici keçidlər
- Sevda İsmayıllı. "«Qars müqaviləsi» belə imzalandı və ya Beriyanın güllələdiyi adam" (az.). azadliq.org. 2014-10-13. İstifadə tarixi: 2014-10-20.