Beagle Board

Beagle board — Texas InstrumentsDigi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. 

Beagle Board
BeagleBoard rev.B
YaradıcıTexas Instruments
İstehsalçıCircuitco LLC BeagleBoard.org dəstəyi ilə
TipiBir-lövhəli kompüter
Çip üzərində sistemOMAP3530 ARM Cortex-A8
RAM yaddaşı256 MB (LPDDR)
Daimi yaddaş256 MB NAND FLASH
QrafikaPowerVR SGX530
MübadiləUSB, RS-232
PortlarSD/MMC yaddaş kartları üçün slot
Ölçüləri7.62 sm × 7.62 sm × 1.6 sm
Ağırlığı~37 g[1]

Xüsusiyyətləri

Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. .

Lövhədə aşağıdakı konnektorlar mövcuddur:

  • S-VIDEO
  • HDMI
  • SD/MMC yaddaş kartları üçün slot
  • USB OTG
  • RS-232
  • JTAG
  • 3,5 mm in/out audio.

DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. 

Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür.

27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü. Ən əsas fərq ölçülərinin daha böyük olması 82.5 х 82.5 mm, prosessorun artmış sürəti (720 MHz əvəzinə 1 GHz), artırılmış RAM yaddaşı (256 Mb əvəzinə 512 Mb), Ethernet RJ-45 konnektoru və  4 portlu USB-xab. Həmçinin yeni lövhədə daimi yaddaş yoxdur, buna görədə ƏS və istifadəçinin məlumatlarını xarici yaddaş qurğusu olan microSD -kartda saxlamaq lazımdır.

Xarakteristika

С4 reviziyası

BeagleBoard-ın təsviri
  • Çip üzərinə çip  (Mərkəzi Prosessor/Yaddaş)
    • Prosessor TI OMAP3530 — 720 MHz ARM Cortex-A8 nüvəli
    • MSP TMS320C64x+ — 520 MHz, 720p @ 30 fps qədər video-məlumatların emalı
    • PowerVR SGX qrafik prosessor
    • OYQ — 256 MB LPDDR
    • 256 MB NAND FLASH
  • Periferiya konnektorları
    • DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel)
    • S-Video
    • USB OTG (mini AB)
    • USB
    • SD/MMC
    • 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış
    • RS-232
    • JTAG
    • 5 V qida bloku üçün konnektor yeri
  • Developerlər üçün məlumat
    • Yükləyici DYQ -da yerləşir
    • ƏS -nin  yüklənməsi NAND yaddaşdan, SD/MMC, USB vəya ardıcıl port üzərindən ola bilər.
    • Aşağıdakı distributivlərlə işləyə bilər Linux: Android, Angstrom Linux, Ubuntu, Gentoo, Maemo. Həmçinin mümkündür: Windows CE, Symbian, QNX.

xM reviziyası

-xM board
  • Çip üzərinə sistem (Mərkəzi Prosessor/Yaddaş)
    • Prosessor TI DM3730 — 1 GHz ARM Cortex-A8 nüvəli
    • MSP TMS320C64x+ — 800 MHz, 720p @ 30 fps qədər videoməlumatların emalı
    • PowerVR SGX qrafik prosessor
    • OYQ — 512 MB LPDDR
    • 4 GB -lıq microSD kartı Angstrom Linux ƏS ilə birgə
  • Periferiya konnektorları
    • DVI-D (HDMI, maks. ekran çozümü 1280 x 1024 piksel)
    • S-Video
    • USB OTG (mini AB)
    • 4 USB port
    • microSD/MMC kartları üçün qoşqu yerı
    • 3,5 mm stereo auidio konnektoru, giriş\cıxış
    • Kamera qoşmaq üçün qoşqu yeri
    • Əlavələr slotu
    • Ethernet RJ-45
    • RS-232
    • JTAG
    • 5 V qida bloku üçün konnektor yeri

Oxşar lövhələr

  • IGEPv2 — daha böyuk ölçülü lövhə, daha çox RAM, Bluetooth, Wi-Fi, USB Host, Ethernet və microSD.
  • ICETEK Mini Board
  • Embest DevKit8000

İstinadlar

  1. BeagleBoard page Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine at elinux.org, referenced 2011-05-12

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.