Beştalı (Neftçala)
Beştalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Beştalı | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Tarixi
Neftçala rayonunun Cəngan inzibati ərazi vahidində kənd. Kür çayının sol sahilində, düzənlikdədir. Tam adı Ərəb Beştalıdır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Kürün sağ sahilindəki Beştalı kəndindən köçüb gəlmiş ərəbbaloğlan tayfasının ərəbbeştalı qoluna məxsus ailələr tərəfindən salınmışdır. 1933-cu ildə Beştalı Salyan və Beştalı Şirvan variantlarında qeydə alınmışdır. Etnotoponimdir.[1]
İstinadlar
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.