Beşinci Koalisiya müharibəsi
V Koalisiya müharibəsi — Beşinci Koalisiya, 1809-cu ildə Avstriya İmperatorluğu və Birləşmiş Krallığın Fransız İmperatorluğu və Bavariyaya qarşı qurduğu koalisiya müharibəsidir. Müharibə Avstriya və Fransa arasında gedərkən hər iki tərəfdən müttəfiqlər müharibəyə daxil oldular və Avstriya koalisiya heyəti qurarkən, Napoleon da Ren Konfederasiyasını təşkil etdi. Hal-hazırda Yarımada Müharibəsi davam edərkən Avropada yerləşən Britaniya, Avstriyalıları əmin etmək üçün Hollandiya Krallığına bir səfər təşkil etdi; ancaq bu cəhd münaqişənin sonununa təsir etmədi.
Beşinci Koalisiya müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 10 Aprel - 14 Oktyabr 1809 | ||
Yeri | Mərkəzi Avropa, İtaliya və Hollandiya | ||
Nəticəsi | Fransanın qələbəsi, Şönbrunn Müqaviləsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bavariyada və Tuna Vadisində münaqişələr davam edərkən, müharibə iyul ayının başlanğıcında Vaqram Müharibəsindəki qanlı mübarizədən sonra Fransızlar üçün müsbət nəticə verdi. Bu müharibə Fransanın Avstriyaya tətbiq etdiyi ən sərt mübarizə idi. Şönbrun müqaviləsi ilə münaqişə sona çatsa da İngiltərə, İspaniya və Portuqaliya davam edən Yarımada Müharibəsində Fransa ilə müharibədə şəraitində qaldı. 1812-ci ildə Napoleonun, Rusiyanı işğal edənə qədər Orta və Şərqi Avropada sülh şəraiti vardı, bu da 1813-cu ildə Altıncı Koalisiyanın qurulmasına yol açdı.