Beşiktaş Elmi Cəmiyyəti

Beşiktaş Elmi Cəmiyyəti, XIX əsrin əvvəllərində Türkiyədə qurulmuş olan ilk xüsusi elm dərnəkdir. Dərnəyin başçısı İsmayıl Fərrux Əfəndi idi. Qurucu üzvləri isə dövrün salnaməçi professorlarından olan Şanizadə Ataullah Əfəndi, Kethüdazadə Arif Əfəndi və fars dili müəllimi Fəhim Süleyman Əfəndi idi. Dərnək üzvləri həftənin bir günü mütəmadi olaraq İsmayıl Fərrux Əfəndinin Ortaköydəki evində toplaşırdılar. Bu görüşlərdə mühazirələr və konfranslar verilirdi. Mələkpaşazade Əbdülqədir bəy dərnəyin rəhbərliyinə cavabdeh olduğu müddətdə Fərrux Əfəndi, Ataullah Əfəndi və Arif Əfəndi də elm və fəlsəfə ilə maraqlanırdılar. Dərnəyin xərcləri mühazirə və konfranslarda iştirak edən iştirakçılar tərəfindən ödənilirdi. Həftədə bir dəfə müxtəlif ədəbi müsabiqələr keçirilirdi. Dərnək tərəfindən Nevadir ül-âsar adlı şeir antologiyası dərnək tərəfindən nəşr olunmuşdur. Dərnəyin bağlanması isə II Mahmudun dövründə Yeniçəri korpusunun ləğviBektaşi lojalarının bağlanması ilə sinxronizasiya edildi və dərnək rəhbərləri sürgünə göndərildi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.