Beşikdağ kilsəsi
Beşikdağ kilsəsi və ya Vəngəsər kilsəsi — Ağdərədən Xankəndinə gedən yolun sağ tərəfində, Xaçınçayın sahilindəki Beşikdağ dağında yerləşən VII əsrə aid alban kilsədir. Kilsə Şahbulaq qalasının tam üstündə yerləşir.
Beşikdağ kilsəsi | |
---|---|
40°04′38″ şm. e. 46°53′09″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Beşikdağ dağı, Şahbulaq kəndi |
Aidiyyatı | Qafqaz Albaniyası |
Sifarişçi | II Vaçe |
Tikilmə tarixi | IV-VII əsrlər |
Üslubu | Qafqaz Albaniyası memarlığı |
İstinad nöm. | 203 |
Kateqoriya | kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə xaç-günbəz formalı plana malikdir və memarlıq həlli baxımından Gədəbəy kilsəsi ilə oxşarlıq təşkil edir.[1] Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır.
Yerləşməsi
Ağdərədən Xankəndinə edən yolun sağ tərəfində, şimaldan cənuba doğru qozbel dağ uzanır. Bütün il ərzində onun səthi quru səhra bikiləri ilə örtülü olur. Bunun səbəbi ərazidə minimal miqdarda yağışların olmasıdır. Beşikdağ sanki dağlıq və düzən Qarabağ arasında təbii sərhəd rolunu oynayır. Cənub-şərq tərəfdən ona Kür-Araz ovalığı, qərb tərəfdən isə Ermənistan yaylası birləşir.[2]
Beşikdağın cənub ətəyində, qayalıqların düzənliklə birləşdiyi yerdə, əhəng qayalıqları altından məşhur təbii mənbəyi olan Şahbulaq qaynayır. Ərazi qədim dövrlərdən məskunlaşmışdır ki, bunu da çoxsaylı tarix-mədəniyyət abidələri sübut edir. Şahbulaqdan cənubda Qarabağ xanlığı dövrünə aid Şahbulaq qalası yerləşir. S. Barxudaryan tərəfindən 1964-cü ildə nəşr edilmiş məqalədə Şahbulaq ərazisindən aşkarlanmış və Azərbaycan Tarix Muzeyində saxlanan məzar daşından bəhs edilir. Qriqor Hammamın qohumuna aid olan bu məzar daşı Şahbulaq ərazisinin də IX əsrdə onun hakimiyyətinə aid olduğunu sübut edir.[3]
Bulaqdan şimal-qərbdə dağın enişində qədim xristian qəbirsanlığı yerləşir. Əsrlər ərzində məzar daşlarının bir çox aşaraq ilkin görünüşünü itirmiş, bəziləri qismən və tamamilə torpaq altında qalmışdır.[4] Beşikdağın yüksək qayalıq ərazisində xaç-günbəz formalı kiçik kilsə yerləşir. İlk baxışdan kilsənin ətraf mühitin sərt landşaftına uyğunlaşması diqqəti cəlb edir. Belə təəssürat yaranmasının əsas səbəbi dəqiq müəyyən edilmiş ölçülər, həmçinin rəng çalarlarıdır. Kiçik ölçülərinə baxmayaraq, kilsə hündür divarlara malikdir. Onun divarları yonulmuş boz əhəng daşlarından hörülmüşdür.[4]
Tarixi və tədqiqi
Abidə haqqında ilk məlumat S. Cəlalyants tərəfindən verilir, o, 1858-ci ildə nəşr edilmiş əsərində Şahbulaq qalasından yuxarıda yerləşən kilsəni qeyd edir.[5] Makar Barkudaryan “Artsak” adlı əsərində kilsənin Arşakilər sülaləsindən olan Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən inşa etdirildiyini qeyd edir.[6]
Beşikdağ kilsəsi ilk dəfə Z. Yampolski tərəfindən tədqiq edilmişdir. 1960-cı ildə nəşr edilmiş məqalədə Yamposlki kilsənin Qafqaz Albaniyasının memarlığına aid olmasını qeyd edir, ilk dəfə planını və şəkillərini nəşr edir, abidəni erkən orta əsrlərə aid digər alban kilsələri ilə müqayisə edir.[7] Yampolskinin nəşrindən sonra erməni alimləri Murad Asratyan[8], Şagen Mkrtçyan[9][10], V. Qriqoryan[11] , S. Karapetyan[12], X Simonyan və S. Sanamyan[13] onun fikirlərini tənqid edərək abidənin Erməni memarlığına aid olduğunu iddia etmişlər. 1960-cı illərdə abidə Gavurqala arxeoloji ekspedisiyası tərəfindən tədqiq edilmişdir.[14]
Memarlıq xüsusiyyətləri
Xaç-günbəz formalı plana malik kilsə, erkən orta əsrlərə aid edilir. Xaçın dörd kvadrat formalı tərəflərindən üçü daxildə yarımdairəvi formaya malikdir. Şərq-qərb oxu 10, şimal-qərb oxu isə 9.15 metr uzunluğa malikdir. Qərb divarı istisna olmaqla (burada hündür pəncərə yerləşir) xaçın digər üç qolunda giriş qapıları yerləşir. Düzbucaqlı formaya malik qapı yerləri anker daşlarla işlənməklə divarla eyni hündürlüyə malikdir və onun pyedestalının bir hissəsi kimi qəbul edilir.[9]
Bütün bina yonulmuş əhəng daşından hazırlanmış bir pilləkənli plint üzərində inşa edilmişdir.[1] Onun gümbəzini saxlayan dörd pilonu Kilsədağ kilsəsindən fərqli olaraq zalın ortasında dayanmır və divarlara birləşir. Onlar tağlarla birləşərək model zalın mərkəzi hissəsində günbəzaltı kvadrat formalaşdırırlar. Həmin kvadrat üzərində keramit damlı qübbə ucalır.[4]
İstinadlar
- Мамедова, 2004. səh. 80
- Мкртчян, 1989. səh. 63
- Известия АН Арм. ССР. №1: 61–64. 1964. (#accessdate_missing_url)
- Мкртчян, 1989. səh. 64
- Ս․ Ջալալյանց. Ճանապարհորդութիւն ի մեծն Հայաստան, մասն Բ. Տփխիս. 1858. 344.
- Մակար Բարխուդարյան. Մունք. Ստեփանակերտ. 1995. 266.
- З. Ямпольский. Памятники Кавказской Албании на горе Бешидаг․. «Советская археология». 1960. 246–250.
- Մ․ Հասրաթյան. Հայկական ճարտարապետության Արցախի դպրոցը. Երևան. 1992. 28–29.
- Շ․ Մկրտչյան. Լեռնային Ղարաբաղի պատմաճարտարապետական հուշարձանները. Երևան. 1985. 78.
- Ш. Мкртчян. Историко-архитектурные памятники Нагорного Карабаха. Ереван. 1988. 63–64.
- Վ․ Գրիգորյան. Հայաստանի վաղմիջնադարյան կենտրոնագմբեթ փոքր հուշարձանները. Երևան. 1982. 26–27.
- Ս․ Կարապետյան. Հայ մշակույթի հուշարձանները Խորհրդային Ադրբեջանին բռնակցված շրջաններում. Երևան. 1999. 223–226.
- Հ․ Սիմոնյան, Հ․ Սանամանյան. Վանքասարի հուշարձանները. ― Հուշարձան, Գ. Երևան. 2005. 165–167.
- Р. Б. Геюшев, Р. М. Ваидов, Я. М. Гулиев. "Работы Гяуркалинского археологиического отряда (Агдамский район)". в кн. Археологические и этнографические изыскания в Азербайджане (Баку). 1973: 41–42.
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989