Beşdəli (Zəngilan)

BeşdəliAzərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.[1]

Beşdəli
39°05′47″ şm. e. 46°36′06″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 660 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 0 nəf.
Beşdəli xəritədə
Beşdəli
Beşdəli
Beşdəli Sovet xəritəsində

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, Şahsevənlərin ataxanlı qolunun beşdəli tirəsinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Yerli əhalinin verdiyi məlumata görə isə, Ordubad rayonunun Tivi kəndindən gəlmiş beş dəliqanlı (igid) qardaş məskunlaşdığına görə kənd belə adlandırılmışdır. 1933-cu ildə Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində də BeŞdəlli adlanan kənd qeydə alınmışdır.[2]

2020-ci il, noyabrın 7-si Beşdəli kəndi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Beşdəli (Zəngilan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.