Bazar küçəsi sübh çağı (film, 1898)

Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir.

Bazar küçəsi sübh çağı
Janr sənədli film
Rejissor Aleksandr Mişon
Operator Aleksandr Mişon
İlk baxış tarixi 21 iyun 1898
Filmin növü qısametrajlı sənədli film
Dil səssiz
Texniki məlumatlar 1 hissə
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID1441245

Məzmun

Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir.[1]

Filmin üzərində işləyən

Rejissor: Aleksandr Mişon
Operator: Aleksandr Mişon

İstinadlar

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.