Bazar çaxnaşması

Bazarlıq təşvişi — fövqəladə hal baş verdikdə və ya baş verməsi gözlənildikdə; və ya yüksək qiymət artımı və ya defisit əvvəlcədən hiss edildikdə istehlakçıların eyni bir məhsulu tələbatdan artıq sayda, çox miqdarda alması.

Londonda təşviş içərisində olan insanlar çoxlu sayda konservləşdirilmiş qida məhsulları və tualet kağızı alırlar. 18 mart 2020
Dakazonun təsiri ilə boşalan marketlər. Venesuela.

Bazar çaxnaşması sürü psixologiyasının bir növüdür.[1] "Moda, keçici həvəs, səhm bazarında atılan addımlar, istehlak mallarının əldə edilməsi, alış-veriş xəstəliyi, məhsul ehtiyatlarının toplanması və bank çaxnaşması kimi kollektiv hərəkətlər"i araşdıran iqtisadi tədqiqatların geniş bir sahəsi olan istehlakçı davranışı nəzəriyyəsində maraq kəsb edən sahələrdən biridir.[2]

Bazar çaxnaşması qıtlıq riskinin real olub-olmamasından asılı olmayaraq əsl qıtlıqla nəticələnə bilər; axırıncı ssenari gözlənti effektinə nümunədir.[3]

Nümunələr

Tokioda koronavirusun yaratdığı qıtlıq. Tualet kağızları və salfetlərin satıldığı rəflər artıq boşdur.

Bazar çaxnaşması aşağıdakı hadisələrdən əvvəl, hadisələrin gedişində və ya bitdikdən sonra baş vermişdir:

  • Veymar Respublikasında hiperinflyasiya
  • Benqaliyada kütləvi aclıq (1943)[4]
  • 1962-ci il Karib böhranı — ABŞ-da konservləşdirilmiş qidaların alınmasında çaxnaşmaya səbəb oldu.[5]
  • 1979-cu il neft böhranı — Neftin alınmasında Yaponiyanın başlatdığı çaxnaşmaya səbəb oldu.[6]
  • 2000-ci il problemi — ərzaq.[7][8]
  • 2001 — 11 sentyabr terror aktlarının ardınca beynəlxalq əmtəə bazarlarında metal, qızıl və neft alışında çaxnaşma.[9]
  • 2003-cü ilin yanvar-fevral aylarında SARS infeksiyasının yayıldığı dövrdə Çinin Quandun əyalətində və qonşu HaynanHonkonqda duz, düyü, sirkə, bitki yağı, antibiotiklər, maska və Çin xalq təbabəti vasitələri kimi bir sıra məhsulların alışında çaxnaşma baş vermişdi.[10]
  • 2000 və 2005-ci illərdə Böyük Britaniyada dizel yanacağı ilə bağlı etiraz aksiyaları keçirilmişdir.[11][12]
  • 2005-ci ildə Cilin kimya zavodunda partlayışlar — su, ərzaq[13]
  • 2008–13-cü illərdə Amerika Birləşmiş Ştatlarında sursat çatışmazlığı — prezident Barak Obamanın hakimiyyəti dövründə mülki silahlanma ilə bağlı qanunların sərtləşməsindən qorxan silah sahiblərinin çaxnaşması silah-sursat çatışmazlığının səbəblərindən biri idi.[14][15]
  • 2013-cü ilin sentyabrında Venesuela iqtisadi böhranı dövründə Venesuela hökuməti aylarla tükənən tualet kağızı kimi əsas istehlak mallarının, o cümlədən düyü və yağ kimi ərzaq məhsullarının qıtlığının qarşısını almaq məqsədilə tualet kağızının "istehsalını, satışını və yayılmasını" idarə etmək üçün tualet kağızı istehsalı ilə məşğul olan Araqua Kağız İstehsalat Şirkətini müvəqqəti olaraq satın aldı. Qıtlığın səbəbi kimi hökumətin "əsas mallara qiymət nəzarəti və xarici valyutaya sərt məhdudiyyətlər" kimi düşünülməmiş siyasəti qeyd edildi.[16]
  • 2013-cü il Venesuela bələdiyyə seçkilərindən əvvəl dəstəyin azalması fonunda, Venesuela prezidenti Nikolas Maduro 8 noyabr 2013-cü ildə "Rəflərdə heç bir şey buraxmayın!" deyərək mağazaların hərbi işğalını elan etdi.[17] Endirimli qiymətlərin elan edilməsi Venesuelanın bir çox şəhərində talançılığa səbəb oldu.[18] Dakazonun sonunda bir çox Venesuela mağazaları bomboş qaldı.[17] Bir il sonra, 2014-cü ilin noyabrında, bəzi mağazalar hələ də Dakazonun ardınca boş qalmaqda davam edirdi.[17]
  • 2019-20 koronavirus pandemiyası — maskalar, ərzaq, su, tualet kağızı,[19] əl üçün antiseptik vasitələr və tibbi spirt.[20]

İstinadlar

  1. Bruce Jones & David Steven, The New Politics of Strategic Resources: Energy and Food Security Challenges in the 21st Century (eds. David Steven, Emily O'Brien & Bruce D. Jone: Brookings Institution Press, 2015), p. 12.
  2. William M. Strahle & E. H. Bonfield. Understanding Consumer Panic: a Sociological Perspective Arxivləşdirilib 2021-01-12 at the Wayback Machine, Advances in Consumer Research, Volume 16, 1989, eds. Thomas K. Srull, Provo, UT: Association for Consumer Research, pp. 567-573.
  3. "Toxic leak threat to Chinese city". The Repository. 8 March 2020. 4 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  4. Archibald Percival Wavell. Moon, Penderel (redaktor ). Wavell: The Viceroy's Journal. Oxford University Press. 1973. səh. 34.
  5. Alice L. George. Awaiting Armageddon: How Americans Faced the Cuban Missile Crisis. The University of North Carolina Press. 2003. səh. 78. ISBN 0807828289.
  6. Mamdouch G. Salameh, "Oil Crises, Historical Perspective" in Concise Encyclopedia of the History of Energy (ed. Cutler J. Cleveland: Elsevier, 2009), p. 196.
  7. Lohr, Steve. "Technology and 2000 – Momentous Relief; Computers Prevail in First Hours of '00". New York Times. 1 January 2000. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  8. "The Millenium Bug threatens food supply systems – developing countries are also vulnerable, FAO warns". Food and Agriculture Organization. 19 April 1999. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  9. "Oil and gold prices spike". money.cnn.com. 11 September 2001. 19 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  10. Huiling Ding, Rhetoric of a Global Epidemic: Transcultural Communication about SARS (Southern Illinois University Press, 2014), pp. 70, 72, 83, 103, 111.
  11. Collins, Nick. "EU ban on traditional lightbulbs prompts panic buying". The Telegraph. 25 August 2009. 11 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  12. "UK fuel blockades tumble". BBC News. 14 September 2000. 17 December 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2008.
  13. "Toxic leak threat to Chinese city". BBC News. 23 November 2005. 23 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  14. Danielle Kurtzleben, Here's why the ammunition shortage went on for years Arxivləşdirilib 2019-12-27 at the Wayback Machine, Vox (1 July 2014).
  15. Stephanie Clifford, Shop Owners Report Rise in Firearm Sales as Buyers Fear Possible New Laws Arxivləşdirilib 2019-12-22 at the Wayback Machine, New York Times (22 December 2012).
  16. Brochetto, Marilia; Botelho, Greg. "Facing shortages, Venezuela takes over toilet paper factory". CNN. 12 September 2013. 23 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  17. Lezama Aranguren, Erick. "La resaca del "dakazo", un año después". El Tiempo. 9 November 2014. 12 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 November 2014.
  18. "Watch: Looting in Venezuela after government launches attack on 'bourgeois parasites'". EuroNews. 12 November 2013. 12 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2014.
  19. What everyone's getting wrong about the toilet paper shortage Arxivləşdirilib 2020-12-20 at the Wayback Machine Medium
  20. "Supermarkets report panic buying over coronavirus fears". Inside Retail. 2020-03-03. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.