Bazan

Bazan (fars. باذان) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı.

Həyatı

Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular.

Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi. Kisra məktubda adının peyğəmbərin ismi-şərifindən sonra yazılmasına və çöldə yaşayan bir ərəbinöz dininə dəvət etməsinə qəzəblənərək məktubu yırtmış və Sənadaki valisi Bazana peyğəmbər haqqında ona bilgi verməsini, başqa bir rəvayətə görə isə onu yaxalayıb hüzuruna gətirməsini əmr etmişdir. Buna görə Bazan vəkilharcı Babaveyh ilə Xürrə Xosrovu Mədinəyə göndərdi. Babaveyh Bazanın məktubunu peyğəmbərə təqdim etdi. Elçiləri yaxşı qarşılayan peyğəmbər onları İslama dəvət etdi; fəqət qorxudan titrədiklərini görüncə də onun ertəsi gün gəlmələrini istədi. peyğəmbər o gəcə Xosrov Pərvizin oğlu tərəfindən öldürüldüyünü vəhy yoluyla öyrəndi. Ertəsi gün bu xəbəri elçilərə bildirdikdən sonra əyər Bazan müsəlman olursa idarəsindəki məmləkəti ona buraxaraq onu vali təyin edəcəyini söylədi.

Kisranın (II Xosrov Pərvizin) öldürüldüyünü öyrənən iki elçi Sənaya döndü. Elçilər duyduqları önəmli xəbəri və peyğəmbərin təklifini Bazana anlatdılar. Bazan Xosrovun öldürülmüş olduğuna dair xəbərin nəticəsini gözləməyə başladı. Yeni kisra Şirəveyh, Bazana yazdığı məktubda atasını nə üçün öldürdüyünü izah etdikdən sonra peyğəmbərə bir şey etməməsini və onun əmirlərini gözləməsini istəyirdi. Bazan bunun üzərinə müsəlman oldu. Onunla birlikdə Əbnalarla Səna xalqı da müsəlman oldular. Əsasən o sıralarda Yəmən valisi Bazan və Əbna, Kuran-ı Kərimin [1] vuku bulacağını on yıl kadar öncə habər vərdiği Sasanilərin Bizans karşısındaki Ninova mağlubiyəti yüzündən yərli halk karşısında zor durumda kalmışlardı. Bazan Pəygambərin bu davətiylə müslüman olmayı kurtuluş için bir vəsilə kabul ətti və Sasanilərlə olan siyasi bağını kopardı.

Bazı rivayətlərdə, Bazanın müslüman olduğunu bildirmək üzərə Vəbr ibn Yuhannis ilə Firuz əd-Deyləmini Peyğəmbərə göndərdiyi və qonağının bağçasında, Sanadaki müsəlmanların ibadət və təhsilləri üçün, bu gün Cami-i Kəbir olaraq bilinən məscidi tikdirdiyi zikr edilməkdədir.

Bazanın vəfatı üzərinə Həzrət peyğəmbər onun yerinə oğlu Şəhri vali təyin etdi. Ancaq yerli xalqın Əbnaya etirazı şəklində başladılan Yəməndəki irtidad harəkəti sırasında Əsvəd əl-Ansi Şəhri öldürdü.

İstinadlar

  1. bk. ər-Rum 30/1-5
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.