Bazərgan
Bazərgan (fars. بازرگان) — İranın Qərbi Azərbaycan ostanında, Maku şəhristanının Bazərgan bəxşində şəhər.
Bazərgan | |
---|---|
بازرگان | |
39°23′29″ şm. e. 44°23′15″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.793 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Bazərgan şəhəri eyniadlı bəxşin inzibati mərkəzidir, Təbriz şəhərinin 310 kilometrliyində yerləşir və əhəmiyyətli ticarət mərkəzlərindən biridir. Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası tərəfdən) və Türkiyə Cümhuriyyəti ilə sərhədə yaxın ərazidə yerləşir. 2006-cı ilin siyahıya alınmasına əsasən şəhərdə 9,047 nəfər və 2,126 ailə yaşayır.[2]
Şəhərin adı farsca "tacir, ticarət ilə məşqul olan birisi" mənasını verən "bəzirgan/bazirgan" sözündən gəlir.[3][4]
Tanınmış şəxsiyyətləri
- Mehdi Bazərgan
- Əbdüləli Bazərgan
İstinadlar
- جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.