Bayram axşamı

Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir.[1] Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.

Bayram axşamı
Janr komediya
Rejissor Toğrul Məmmədov
Prodüser Murad Dadaşov
Ssenari müəllifləri Cəmil Məmmədli
Toğrul Məmmədov
Fariz Əliyev
Baş rollarda İslam Mehrəliyev
Oksana Rəsulova
Cəmil Məmmədli
Yusif Babayev
Firəngiz Mütəllimova
Əkbər Əlizadə
Elxan Quliyev
Nahidə Orucova
Xose Bernardo
Murad Dadaşov
Asya Abdullayeva
Operator Rauf Qurbanəliyev
Rəssam İqbal Əliyev
İstehsalçı M Group Production
İlk baxış tarixi 2017
Filmin növü tammetrajlı bədii film
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2017

Məzmunu

Bir novruz əfsanəsindən bəhs edən bu film Bakıda milli bayramımız olan Novruzun təmtəraqlı surətdə qeyd olunduğu ərəfədə 30 yaşlı şəhər sakininin başına gələn maraqlı hadisələrdən bəhs edir. Uğursuz həyat sürən Bayram (İslam Mehrəliyev) məhz bu Novruz bayramında butun uğursuzluqlara son qoymaq əzmindədir. Adət-ənənəyə uyğun olaraq o da arzu tutub tonqaldan atlanır. Dilədiyi arzu isə uşaq kimi problemsiz həyat sürməkdir! Lakin arzudanda arzuya fərq var. Ağlasığmaz vəziyyətə düşmək istəmirsizsə nə arzu etdiyinizə fikir verməlisiz. Yoxsa bizim filmin qəhrəmanı kimi çıxılmaz vəziyyətdə qala bilərsiz. Həyata keçməsini dilədiyi bir arzu onun həm həyatını alt-üst etdi həmdə onun dostlarını,nişanlısını və bütün ətrafındakı insanları şoka saldı. Düşdüyü gülünc və inanılmaz vəziyyətdən isə çıxış yolunu heç kim tapa bilmir. Üstəlik toyuna sayılı günlər qaldığı üçün vəziyyət daha da qəlizləşir. Hər keçən gün onun həyatı daha da çətinləşir.

Filmin üzərində işləyənlər

Rejissor: Toğrul Məmmədov
Ssenari müəllifi: Cəmil Məmmədli, Toğrul Məmmədov
Operator: Rauf Qurbanəliyev
Prodüser: Murad Dadaşov
Rəssam: İqbal Əliyev
Səs rejissoru: Orxan Ağalarov

Rollarda

İslam Mehrəliyev
Oksana Rəsulova
Cəmil Məmmədli
Miri Yusif
Firəngiz Mütəllimova

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.