Bayram Rüstəmov
Bayram Rüstəmov | |
---|---|
Rüstəmov Bayram Nizam oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | Astrofizika , radioastronomiya |
Elmi dərəcəsi | Fizika üzrə Fəlsəfə Doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası |
Həyatı
Rüstəmov Bayram Nizam oğlu 29 aprel 1954-cü ildə Bakı şəhərində anadan olmuş, 1971-ci ildə Azərbaycan Respublikası Şamaxı (İndiki Qobustan) rayonunun Nərimankənd kənd orta məktəbini bitirmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin Astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamış və həmin vaxtdan hal-hazıra kimi ŞAR-da elmi tədqiqatla məşğuldur.[1]
1977-ci ildə SSRİ (indiki Rusiya) E.A. Krım astrofizika rəsədxanasında praktik astrofizika ixtisası üzrə ixtisaslaşma kursu keçmişdir. 2003-cü ildə "T Buğa tipli ulduzların və FUOR-ların spektral tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Fizika Riyaziyyat Elimləri Namizədi adını almışdır. 2004-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıda "Səma cisimlərinin fotometriyası və polyarimetriyası" şöbəsinin müdiri vəzifəsində işləyir.
AAK-ın 19.11.2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı almışdır.
Astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 36 məqalə və tezisi dərc olunmuşdur.
2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.2013-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış FD 01.241 FƏLSƏFƏ DOKTORU Dissertasiya Şurasının üzvü təyin olunmuşdur.[1]
Elmi maraq dairəsi
Cavan ulduzların spektral və fotometrik tədqiqi; müasir işıqqəbuledicilərinin - CCD matrislərin fotometrik müşahidələrdə tətbiqi, rəqəmli astronomik təsvirlərin alınması və işlənməsi metodikaları
"Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə iki f.ü.f.d. dissertasiya işində ikinci rəhbər, iki f.ü.f.d. dissertasiya işində isə rəsmi opponent olmuşdur.[1]
Əsas fəaliyyət istiqamətləri
Orta və kiçik kütləli cavan ulduzların və fəal nüvəli qalaktikaların (AQN) CCD fotometriyası və polyarimetriyası. Modern işıqqəbuledicilərinin. CCD matrislərin fotometrik müşahidələrdə istifadəsi və rəqəmsal astronomik təsvirlərin işlənməsində müasir proqram paketlərinin tətbiqi. [2]
Əsas elmi nəticələri
- Zeiss -600 teleskopunda UBVRI Jonson və Rc Kuzins sistemli standart işıq süzgəclərinə malik fotometr quraşdırılıb və Apogee Alta Instruments firmasının U-47 CCD matrisi ilə təchiz olunub. Matrisa «Diffraction Limited» CCD firmasının MaxIm DL proqram təminatı yüklənmiş kompüterə qoşulub. Müşahidə prosesi və müşahidə materialının işlənməsi bütünlüklə MaxIm DL V4 tətbiqi proqram qovluğunun köməyi ilə həyata keçirilir. CCD fotometrin AMEA ŞAR-ın Zeiss -600 teleskopuna adaptasiyası həyata keçirilib.” Zeiss -600 + fotometr + CCD kamera” sistemində bias, dark, flat fieldkalibrovka təsvirlərinin alınması və müşahidə nəticələrinin işlənməsi metodikaları işlənib hazırlanmışdır.[1]
- ŞAR-ın 2-m teleskopunda alınmış spektrlərin analizi əsasında WW Vul ulduzunun spektrində Нα emissiya xəttinin profilindəki dəyişkənlik rejimində 2006 və 2007-2010 –cu illərdə fərq aşkar edilmişdir. Belə görünür ki, 2007-ci ildən başlayaraq akkretsiya diskinin fırlanması ilə yanaşı əlavə bir mexanizm də meydana çıxır ki, bu da Нα xəttinin formalaşdığı oblastda fiziki şəraitin tez dəyişməsinə gətirib çıxarır. Belə bir mexanizm, ulduzla onu əhatə edən mühitin arasındakı qarşılıqlı təsirin xarakterini müəyyən edən, ulduzətrafi akketsiya diskində və/və ya ulduzun səthində maqnit sahəsi ola bilər. [2]
Elmi əsərlərinin adları
- В.М. Лютый, Б.И. Абдуллаев, И.А. Алекперов, Н.И. Гюльмалиев, Х.М. Микаилов, Б.Н. Рустамов ПЗС фотометр на телескопе ЦЕЙСС-600 Шамахинской Астрофизической Обсерватории I. Соглосования ПЗС-фотометра с оптикой Цейсс-600, Астрон. журнал Азербайджана 2009 т.4 № 3-4, стр.36-41
- Б.И. Абдуллаев, Н.И. Гюльмалиев, С.О. Меджидова, Х.М. Микаилов, Б.Н.Рустамов ПЗС фотометр на телескопе ЦЕЙСС-600 Шамахинской Астрофизической Обсерватории II. Методика наблюдений и обработка данных ПЗС фотометрии. Астрон. журнал Азербайджана 2009 т.4 №.3-4, стр.42-46
- Б.И. Абдуллаев, С.О. Меджидова, Х.М. Микаилов, Б.Н.Рустамов Фотометрическая калибровка системы Цейсс-600 +VRI фильтры + ССD камера ALTA U47 Астрон. журнал Азербайджана 2011 т.6 №4 стр.11-15
- Б.И. Абдуллаев, И.А. Алекперов, Н.И. Гюльмалиев, С.О. Меджидова,Х.М. Микаилов, Б.Н. Рустамов Новый фотометр-поляриметр с ПЗС камерой , Астрон. журнал Азербайджана 2012 т.7 №4 стр.39-49
- S. O. Mejidova, B. N. Rustamov, Kh. M. Mikayilov, and I. A. Alekberov Hα Line in the Spectrum of the WW Vul Star Kinematics and Physics of Celestial Bodies, 2014, Vol. 30, No. 2, pp. 85–91.
- S. O. Medzhidova, Kh. M. Mikailov, and B. N. Rustamov Hα Profile Variabilities in the Spectrum of the Star WW Vul in 2006–2010 Astronomy Letters,2014 V.40, №6, pp.343-351[2]
İstinadlar
- www.shao.az
- "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30.