Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi".
Bayram Apoyev | |
---|---|
Bayram Fəti oğlu Apoyev | |
Doğum tarixi | |
Doğum yeri | Cinli-Boluslu, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyatı
B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur.[1] 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir.
1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var.
Kitabları
- 1. Kitabları: Elmi monoqrafiyalar :1.Nizami Gəncəvinin pedaqoji görüşləri. Bakı :" Adiloğlu ",2008 2.Heydər Əliyev və Nizami Gəncəvi. Bakı:"Şərq-Qərb ",2020 Dərsliklər :1. Azərbaycan Respublikasının coğrafiyası.8/9- cu siniflər üçün.Bakı :" Maarif ",1991( həmmüəlif : Budaq Budaqov) 2.Əlifba (kürd dilində).Bakı: " Maarif ", 1996 3.Nizami Gəncəvinin pedaqoji görüşləri.Ali pedaqoji təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün. Bakı :"Nərgiz", 2018 Dərs vəsaitləri: 1.Müşahidə gündəliyi.4-cü siniflər üçün.Bakı : "Maarif ",1988 2. Nizami Gəncəvi irsindən pedaqoji prosesdə istifadə işinin sistemi. Bakı :"Mütərcim",2012
Bədii kitabları :
1.Ağrı.Bakı :"Adiloğlu ",2005
2.Qarabağım.Bakı:"Nasir", 2006
3.Öz gülüm- gül ömrüm. Bakı :"Nərgiz",2015
4.Ana yurdum. Bakı :" Nərgiz ", 2017
5.Sarıbabaya salam.Bakı :"Nərgiz ",2020
İstinadlar
- "Bayram Fəti oğlu Apoyev". 2013-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.