Bayram Ələsgərov

Bayram Ələsgərov Cavad oğlu 15 yanvar 1934, Miskinli, Gədəbəy rayonu2013) — coğrafiya elmlər doktoru, professor.

Bayram Ələsgərov
Bayram Ələsgərov Cavad oğlu
Doğum tarixi
Doğum yeri Rüstəm Əliyev, Gədəbəy rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mühəndis-geoloq
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti 1964–2013
Elmi dərəcəsi

Həyatı

B.C.Ələsgərov 1934-cü ildə Azərbaycanın Gədəbəy rayonunda Rüstəm Əliyev kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsini bitirərək mühəndis geoloq ixtisası almışdır. 1966–1969-cu illərdə AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində aspirant olmuşdur.[1]

Elmi fəaliyyəti

  • 1964–1965-ci illərdə Azərbaycan Geoloji İdarəsində istehsalatda işləyib.
  • 1971-ci- ildə böyük elmi işçi
  • 1991-ci-ildə aparıcı elmi işçi[2]
  • 1971-ci-ildə "Şəmkirçay-Zəyəmçay hövzələrinin paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası,
  • 1990-cı-ildə isə "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
  • 1969-cu-ildən Azərbaycan EA Coğrafiya institutunda işləyir.
  • 2004-cü-ildən Paleocoğrafiya şöbəsinin rəhbəridir. Azərbaycan ərazisində Pleystosenin ayrı-ayrı əsrlərinin (Bakı, Xəzər, Xvalın və Holosen) relyefini, bitki və torpaq örtüyünü, iqlim şəraitini, çay şəbəkəsini, Xəzər dənizinin inkişaf tarixini bərpa etmək məqsədilə ardıcıl elmi tədqiqat işləri aparmışdır. Pleystosenin ayrı-ayrı əsrləri üçün paleocoğrafi, paleoiqlim, paleolandşaft xəritələrini (1:500 000 miqyaslı) tərtib etmiş və dəqiq məlumatlar vermişdir.
  • 1996-cı ildən Bakı Dövlət Universitetində və digər ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olur.

Elmi əsərləri

O, 150-dən çox elmi əsərin, o cümlədən bir neçə "Erkən və orta Pleystosendə Azərbaycanın paleocoğrafiyası" (1988), (Ə.V.Məmmədov birlikdə) "Pleystosendə Azərbaycanın paleocoğrafiyası" (Ə.V.Məmmədov birlikdə) (2002), monoqrafiyanın müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi toplantılarda mühüm elmi məruzələrlə çıxış etmişdir.

Həmçinin bax

Xarici keçid

İstinad

  1. İdeya müəllifi B.Ə.Budaqov, Azərb.Coğrafiyaçı alimləri, Bakı "Elm" −2013, səh.45
  2. "Ələsgərov Bayram Cavad oğlu". 2017-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-26.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.