Bayquş (film, 1924)
Bayquş — rejissor Georgi Kravçenko tərəfindən 1924-cü ildə ekranlaşdırılmış tammetrajlı bədii film. AFKİ-də istehsal edilmişdir. Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları filmdə öz əksini tapmışdır. Əsas rolları Abbas Mirzə Şərifzadə, Ağarza Quliyev, Möhsün Sənani və Aleksandr Makovski ifa edirlər.
Bayquş | |
---|---|
Janr | dram |
Rejissor | Georgi Kravçenko |
Ssenari müəllifi | Leo Mur |
Baş rollarda |
Abbas Mirzə Şərifzadə Ağarza Quliyev Möhsün Sənani Aleksandr Makovski |
Operator | V.Lemke |
İstehsalçı | AFKİ |
İlk baxış tarixi | 12 sentyabr 1924 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 64 dəq. |
Ölkələr | SSRİ |
Dil | səssiz |
Texniki məlumatlar |
6 hissə 1750 metr |
Rəng | ağ-qara |
IMDb | ID2081180 |
Məzmun
Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları kinodramda öz əksini tapmışdır.[1]
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Leo Mur
- Rejissor: Georgi Kravçenko
- Operator: V.Lemke
Rollarda
- Abbas Mirzə Şərifzadə — Xan
- Ağarza Quliyev — Əli
- Möhsün Sənani
- Aleksandr Makovski
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 22-23
Mənbə
- Məmməd Səid Ordubadi ("Kəndli"). “Kino aktyorları Hökməlidə” [Bakının Hökməli kəndində çəkilmiş "Bayquş" kino filmi haqqında] //Yeni yol.- 1924.- 16 oktyabr.
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 38.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.