Baykar Makina

Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti.[1]

Baykar Makina
Loqonun şəkli
Baykar loqo
Ümumi məlumatlar
Tipi Anonim şirkət
Sənaye aviasənaye
Məhsulları Pilotsuz uçuş aparatı, aviaelektronika
Təsis tarixi 1984
Baş qərargahın yeri İstanbul, Türkiyə
Struktur
İşçi sayı 3500 nəfər
Rəhbərlik
Təsisçi Özdemir Bayraktar
baykartech.com

Ümumi məlumat

Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi.[2] 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.[3][4]

2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı.[5][6] Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.[7]

Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir.

Fəaliyyəti

2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı.

Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.[8]

Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı.[9] Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.

Bayraktar Taktik pilotsuz uçan aparatı ən uzun və ən yüksək hündürlüyə uçuş üçün milli rekord müəyyənləşdirdi: cihaz 27.030 fut yüksəkliyə qalxdı və 24 saat 34 dəqiqə havadan asılı qaldı.[10]

2014-cü ildə şirkətin yeni bir layihəsini müvəffəqiyyətlə başa çatdırdı. Şirkətin bu yeni məhsulu Türkiyə Silahlı Qüvvələri tərəfindən qəbul edilən Bayraktar TB2 hücum dronu idi.[11]

Sınaqlarda Bayraktar TB2, Roketsan MAM-L adlı iki idarəolunan raketlə atəş zamanı hədəfləri% 100 vurmağı bacardı.[12].

Bayraktar Akıncı, ilk sınaq uçuşunu 6 dekabr 2019-cu il tarixində 16 dəqiqə havada qaldıqdan sonra müvəffəqiyyətlə tamamladı.[13]

Bayraktar Akıncı, 10 yanvar 2020-ci il tarixində sistem doğrulama testi çərçivəsində havaya qalxmış və 1 saat 6 dəqiqə ərzində uğurlu bir uçuş reallaşdırmışdır.[14]

Məqsədi

  • Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını milli qaynaqlar vasitəsi ilə xarici asıllılıq olmadan PUA sistemləriylə təmin etmək.
  • Dünya elminin inkişafına uyğun olaraq AR-GE fəaliyyətlərini ən qabaqcıl texnoloji səviyyədə həyata keçirməklə sistemlərin səmərəliliyinin artırılması.
  • PUA texnologiyasında dünya liderliyi.
  • Şirkət Texnofest İstanbulun əsas təşkilatçılarından biridir.[15]

Təhsil və elmi əlaqələri

Baykar AR-GE fəaliyyətində universitetlər və tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir. 2013-cü ildə Hava Qüvvələri Akademiyası, Baykarın sənaye müşaviri olduğu TÜBİTAK tərəfindən təşkil edilən Sənayeye Odaklı Məzun Layihə Yarışmasında 1-ci mükafatı qazandı. Məzuniyyət layihələri, konkret layihələr üçün təşviqlər, magistr və doktorantura səviyyələrində texniki dəstək və s. akademik bilikləri praktik təcrübə ilə birləşdirərək fəaliyyətlər konkret ehtiyaclara yönəldilən layihələr dəstək verir. Əməkdaşlıq etdiyi təşkilatlar arasında Hava Qüvvələri Akademiyası, İstanbul Texniki Universiteti Hava və Astronavtika Fakültəsi, Yıldız Texniki Universiteti, İstanbul Şehir Universiteti, THY Technic, Çukurova Universiteti, Tübitak və s. daxildir.

Əsas proyektləri

Təyyarə Elektron Sistemi - Alt Sistem Layihələri

Baykar Türkiyənin müvəffəqiyyətlə yerli və ilk yerli siqnal kəşfiyyat avadanlıqlarını tamamilə inkişaf etdirdi. Havadan elektronika (ELINT) və rabitə kəşfiyyat məlumatlarını (COMINT) toplamaq üçün uyğun elektron aparat və proqram təminatı ilə hazırlanmış sistemin ilk sınaqları milli PUA Bayraktar TB-2 vasitəsilə aparılır.[18][19]

Qalereya

İstinadlar

  1. "İşte ilk Türk insansız hava aracını yapan üç kardeş". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  2. "‘Çaldıran'ın yapım öyküsü" Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine Hürriyet. Yalçın Bayer. 3 Ekim 2009
  3. "Arxivlənmiş surət". 2016-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  4. Bir ailenin mucize buluşu Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine, Hürriyet, 5 Aralık 2014
  5. Baykar Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine. www.baykarmakina.com. 2015
  6. İşte ilk Türk insansız hava aracını yapan üç kardeş Arxivləşdirilib 2016-02-21 at the Wayback Machine. Hürriyet, 29 Mayıs 2010
  7. "İşte ilk Türk insansız hava aracını yapan üç kardeş". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  8. "Türk 'Gözcü'ler Katar'ı koruyacak". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  9. "Kazananlar". 2020-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  10. "Bir başarı hikayesi: BAYKAR". 2020-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  11. "Milli İHA kabul testlerini geçti". 2014-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  12. "Yerli İHA yerli raket attı". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  13. "Akıncı TİHA, ilk uçuş testini gerçekleştirdi". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  14. "AKINCI TİHA, ikinci defa havalandı!". 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  15. "Arxivlənmiş surət". 2019-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  16. "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  17. "Arxivlənmiş surət". 2019-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  18. Milli İHA’ya milli istihbarat Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Gazetevatan, 3 Mart 2016
  19. Yerli sinyal istihbarat cihazı Bayraktar'da Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. Kokpit.Aero, 03 Mart 2016

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.