Baykal qoruğu
Baykal qoruğu (rus. Байкальский государственный природный биосферный заповедник)— 26 sentyabr, 1969-cu ildə keçmiş RSFSR nazirlər kabinetinin №571 qərarına əsasən Buryatiya MSSR tərkibində təsis edilmiş, 165 724 hektar əraziyə malik, Rusiya Federasiyasının Buryat ərazisində Baykal Dövlət Təbiət Qoruğu
Baykal Dövlət Təbiət Qoruğu | |
---|---|
rus. Байкальский государственный природный биосферный заповедник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 165 724 ha |
Yaradılma tarixi | 31 dekabr, 1969 |
Dağ | Hamar-Daban |
Göl | Baykal |
Faunası | Adi arıyeyən, sığır, qonur ayı, cüyür |
Yerləşməsi | |
51°20′36″ şm. e. 105°09′27″ ş. u. | |
Ölkə | Rusiya |
Region | Buryatiya |
Yaxın şəhər | Tanxoy |
Байкальский заповедник (rus.) | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məlumat
Baykal qoruğu BTMİ kateqoriyasına görə çiddi qorunan təbiət qoruğudur. Qoruq Baykal gölünün cənub sahili terraslarında və Hamar-Daban silsiləsinin (hünd. 2316 m-ədək) mərkəzi hissəsindədir. Qoruq Buryatiya Respublikasının üç: Kabanskiy, Cidinskiy və Selenginskiy rayonlarının inzibati ərazilərinə daxildir. Təbii dağ-tayqa kompleksini (küknar, sidr, ağşam, şam, qaraşam və s.) qorumaq və öyrənmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 1986-cı ildən biosfer qoruğudur. Florasında 1700-dən çox bitki növü, o cümlədən borulu bitkilərin təqribən 840 növü; 540-dan çox şibyə növü (təqr. 50-si nadir növlərdir) var. Faunası Cənubi Sibir dağları üçün səciyyəvidir. Əsasən, samur, qonur ayı, Sibir porsuğu, tülkü, maral, dələ, burunduk, vaşaq, şimal maralı, sığın, qaban yayılmışdır; cüyür və Amerika su samuruna rast gəlinir. Baykal qoruğunda 250-dən çox quş növü (Sibir xoruzu, qarabağır, zığ-zığ, kəklik və s., nadir növlərdən çay qaranquşu, dəniz qartalı), 12 balıq növü (xarius, alabalıq, çömçəbalığı, durnabalığı və s.) var. 1996-cı ildən Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 310–311. ISBN 978-9952-441-07-9.