Bayburd

Bayburd — İrəvan qubeniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[1]

Kənd
Bayburd
40°06′ şm. e. 44°47′ ş. u.
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Bayburd xəritədə
Bayburd
Bayburd

Tarixi

Rayon mərkəzindən 24 km cənub-şərqdə, Gərni çayının Milli qolununun sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2] qeyd edilmişdir. V əsrdən mövcuddur[3].

Toponim oğuz soyundan olan bayburt etnonimi[4] əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı bayburdlu olmuşdur[5].

Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi

Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 143 nəfər, 1886-cı ildə 183 nəfər, 1897-ci ildə 224 nəfər, 1904 - cü ildə 201 nəfər, 1914 - cü ildə 284 nəfər, 1916-cı ildə 465 nəfər azərbaycanlılar [6] yaşamışdır. 1918-1919 - cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar geri öz kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə burada 55, 1926-cı ildə 49, 1931-ci ildə 140[7], 1959 - cu ildə 151, 1979 - cu ildə 150 nəfər[8] azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kəndin sakinləri -azərbaycanlılar 1948-49 - cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.28
  3. Ermənistan Sovet Ensiklopediyası, II c., İrəvan, 1976, s.264
  4. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.188
  5. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в ХVI начале XIX вв., Л., Издство Ленинградского Университета, 1949. s.92
  6. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.84-85, 154-155
  7. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.85, 155
  8. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.587
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.