Baybican bəg

Baybican bəg- Dastanda işlənən antroponimlərdən biri.III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır.

Baybican bəg

"HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır.[1] Ş.Xətai dövründə yaşamış "Becan",[2] "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar.[3]

Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S.Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir.[4] Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir.[5] Həmin etnonimə "Kartlis Tsxovreba"da V əsrədək təsadüf edilən türk etnonimləri sırasında "pаçLаnikLni", toponimləri sırasında isə "pаçLаnikLеti" şəklində rast gəlinir.[6]

Ə.Dəmirçizadə bir sıra türk tayfalarının IX əsrdəki vəziyyətlərini izah edərkən "becənək" tayfasının da adını çəkir: "...xəzərlərin Xəzər dənizinin şimalında Volqaboyunda və şimal-qərbində məğlub edilmələri nəticəsində, Orta Asiyanın Şimal hissəsindən bir çox türkdilli tayfalar, xüsusən, "quman", "becənek", "suvar", "qıpçaq" və s. köçüb gələrək, əvvəllər Volqaboyundan ta Dərbənd səddinə qədər uzanan torpaqlarda, sonralar isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskən salmışlar".[7]

İstinadlar

  1. S.Əlizаdə. "Nüsхə fərqləri və şərhlər" "Кitаbi-Dədə Qоrqуd",Bакı, 1988, s.235
  2. А.Pаşа. Аzərbаycаn şəхs аdlаrı. Bакı, 1990, s.25
  3. H.Məmmədli. Dədəm Qоrqуd gəzən yеrdi bу yеrlər. Bакı, 1999, s.277
  4. S.Əlizаdə. "Кitаbi-Dədə Qоrqуd" аntrоpоnimiyаsının еtimоlоji əsаslаrı. Аzərbаycаn оnоmаstiкаsı prоblеmləri, I, Bакı, 1986, s.29
  5. 3Г.Гейбуллаев. "К этногенезу азербайджанцев", Баку, "Элм", 1991, с259
  6. Əliyеvа. "Каrtlis Tsхоvrеbа"dа (Gürcüstаn sаlnаməsi) bəzi türк mənşəli аdlаr hаqqındа. Аzərbаycаn оnоmаstiка prоblеmləri, III, Bакı, 1990, s.126
  7. Ə.Dəmirçizаdə. Аzərbаycаn ədəbi dilinin tаriхi. Bакı, 1979, s.51

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.