Bayat savaşı
Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verən döyüşdür. Bu döyüş Qarabağ xanlığının xanı Pənahəli xanın qələbəsi ilə başa çatıb.[1][2]
Bayat müharibəsi | |||
---|---|---|---|
Azərbaycan xanlıqları | |||
| |||
Yeri | Bayat qalası, Qarabağ xanlığı | ||
Səbəbi | Hacı Çələbinin Qarabağı Şəki xanlığına birləşdirmək istəməsi | ||
Nəticəsi | Qarabağ xanlığı qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Döyüş
Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşına səbəb oldu. Hacı Çələbi və onun müttəfiqi Şamaxı xanı Hacı Məhəmmədəli xanın birləşmiş qüvvələri Qarabağın bəzi ərazilərini ələ keçirsələr də, qələbə qazana bilməyərək Pənahəli xanın müstəqilliyini tanıdılar. Hacı Çələbi xan geri qayıdarkən dedi ki:
Pənah xan indiyənəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq!
Istinadlar
- "Bayat savaşı". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
- "Tarixdə iz buraxanlar: Pənahəli xan". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.