Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır.[1]
Bayatı | |
---|---|
Yayımlanma tarixi | 1991 |
Yazılma tarixi | 1989–1990 |
Janr | estrada, pop |
Müddət | 34:10 |
Dil | azərbaycanca |
Leybl | Melodiya (Μелодия) |
Hazırlanması
Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Mahnıların siyahısı
1-ci tərəf | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Söz | Musiqi | Rusca başlıq | Müddət | ||||
1. | Bayatı (Brilliant Dadaşova) | Vahid Əziz | Eldar Mansurov | Баяты | 5:57 | ||||
2. | Bəhanə kimiyəm (Cəfər Behbudov) | Vahid Əziz | Eldar Mansurov | Я искал причину | 4:42 | ||||
3. | Uzaqlıq (Aygün Kazımova) | Vahid Əziz | Eldar Mansurov | Далекий зов | 3:15 | ||||
4. | Bu sevgi (Aygün Kazımova) | Vahid Əziz | Eldar Mansurov | Виновата любовь | 3:17 |
2-ci tərəf | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Söz | Musiqi | Rusca başlıq | Müddət | ||||
5. | Səhra (Firəngiz Rəhimbəyova) | Vahid Əziz | Eldar Mansurov | Пустыня | 6:51 | ||||
6. | Sevgi nəğməsi (Firəngiz Rəhimbəyova) | Vahid Əziz | Eldar Mansurov | Песни любви | 4:58 | ||||
7. | İnanıram sevgiyə (Firəngiz Rəhimbəyova) | Vahid Əziz | Eldar Mansurov | Я верю в любовь | 5:10 |
Heyət
- Səs rejissorları: Eldar Mansurov, Georgi Qvişiani
- Redaktor: Y. Gevorkov
- Rəssamlar: Azad Şıxəliyev, V. Podruşnyak
Albomdan çıxan videolar
İstinadlar
- "Eldar Mansurovun mahnıları". discogs.com. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2020.
Həmçinin bax
- Azərbaycan bəstəkarlarının mahnıları
- Komsomol, məhəbbət və bahar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.