Dionis

Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu[3], Priapın atası[2]. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu.

Dionis
q.yun. Διόνυσος[1]
Bakxus, Qliptotek (Münhen)
Bakxus, Qliptotek (Münhen)
Mifologiya Yunan
Yunanca adı Διόνυσος, Διώνυσος; Βάκχος
Latınca adı Dionysus; Bacchus
Cinsi kişi[d]
Atası Zevs
Anası Semela
Uşaqları Priap[2]
Atributlar Üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu.
Digər mədəniyyətlərdə Osiris, Şiva, Liber[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğulması

Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur. Nəticədə Kadmanın sarayı oda qərq olur. Yanğın bətnində altı aylıq uşaq - Dionis olan Semelanı ölümcül yaralamış olur və o, dəhşət içində ölür. Uşağı xilas etmək üçün Zevs öz budunu yararaq Dionisi içinə yerləşdirir və tikir. Vaxtı çatanda isə tikişi sökərək onu ikinci dəfə dünyaya gətirmiş olur. Buna görə də ona Dionis - "iki dəfə ya ikinci dəfə doğulan" adını vermişlər. Dionisin digər bir ləqəbi isə "mirorafisdir" - "buda tikilmiş" deməkdir. Digər bir ləqəbi isə "Pirigen" - "oddan doğulmuş" deməkdir.

Şərab tanrısı

Heranın təqiblərindən ehtiyat edən tanrı Zevs körpə Dionisi böyütmək və tərbiyə vermək üçün Smelanın bacısı İno və onun əri Atamanta verir. Burada da rahatlıq tapa bilməyəcəyini görən Zevs onu keçi balasına döndərərək Hermes vasitəsilə Asiyaya göndərir. Silendən şərabın hazırlanmasının sirrini öyrənən Dionis beləliklə Misiri, Suriyanı dolaşaraq sərgərdana çevrilir və harada olursa, orada insanlara üzüm yetişdirməyi və ondan şərab hazırlamağı öyrədir.

İstinadlar

  1. Oxford Classical Dictionary (ing.). OUP, 2012. ISBN 978-0-19-173525-7
  2. Антипатр Сидонский. Эпиграмма 41 Пейдж
  3. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.380-382, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.454-457

Mənbə

  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.