Bavariya kürfürstlüyü
Bavariya kürfürstlüyü (alm. Kurfürstentum Bayern) və ya Bavariya elektoratlığı — Müqəddəs Roma imperiyasına bağlı feodal dövlətlərdən biri.
Tarixi dövlət | |||||
Bavariya kürfürstlüyü | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
←
|
|||||
Paytaxt | Münxen | ||||
Rəsmi dilləri | |||||
Sülalə | Vittelsbax sülaləsi | ||||
Kürfürst | |||||
• 1623-1651 | I Maksimilyan | ||||
• 1651-1679 | Ferdinand Mariya | ||||
• 1679-1726 | II Maksimilyan | ||||
• 1726-1745 | VII Karl | ||||
• 1745-1777 | III Maksimilyan | ||||
• 1777-1799 | Karl Teodor | ||||
• 1799-1805 | IV Maksimilyan | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Coğrafi mövqeyi
Bavariya kürfürstlüyü indiki Yuxarı və Aşağı Bavariya, eləcə də Yuxarı Pfalts bölgələrinin böyük bir hissəsini təşkil edirdi. 1779-cu ilədək hazırda Avstriyaya bağlı İnnfirtel şəhəri də məhz kürfürstlüyün tabeliyində idi. Ancaq həmin il bağlanan və Bavariya taxtı uğrunda gedən taxt mübarizəsini başa çatdıran Teşen sülhüylə, İnnfirtel və ətraf bölgələri Habsburqlara ilhaq edildi. Kürfürstlük idarəetmə baxımından 4 ayrı əyalətə ayrılmışdı: Münhen, Burqhausen, Landşut və Straubinq.
Otuzillik müharibə
1597-ci ildə Bavariya hersoqu olan I Maksimilyan iqtisadi həyatı məhv olmuş və iğtişaşlarla çalxalanan bir taxtı ələ almışdı. Ancaq səltənətinin ilk 10 ilində maliyyə və ədliyyə sistemini yenilədi. Bir neçə yeni bölgəni hakimiyyəti altına aldı və Otuzillik müharibədə söz sahibi olan komandirlərdən birinə çevrildi. 1632-ci ildə isveçlilərin ölkənin şimalını işğal etməsi və I Maksimilyanın bağlanan müvəqqəti atəşkəsi pozmasının ardından fransız və isveçlilərin bölgəyə hücum etməsi nəticəsində ölkə darmadağın oldu. Bu dağıntıları qismən aradan qaldırdıqdan sonra I Maksimilyan 1651-ci ildə İnqolştadtda vəfat etdi.
Mənbə
- Otto Von Pivka (November 1980). Napoleon's German Allies. Osprey Publishing. pp. 3–. ISBN 978-0-85045-373-7