Bavariya-Münxen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi.
Bu məqalə tarixi dövlət haqqındadır. Futbol klubu üçün Bayern Münhen FK səhifəsinə baxın. |
Müqəddəs Roma imperiyasının hersoqluğu | |||
Bavariya-Münxen hersoqluğu | |||
---|---|---|---|
alm. Teilherzogtum Bayern-München | |||
|
|||
|
|||
→
|
|||
Paytaxt | Münxen | ||
Dövlət dini | katolisizm |
Tarixi
Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.[1]
Hersoqları
- II İohann (1375–1397)
- Ernst (1397–1438) və Vilhelm (1397–1435)
- III Albert (1438–1460)
- IV İohann (1460–1463) və Sigizmund (1460–1463)
- Sigizmund (təkbaşına) (1463-1465)
- Sigizmund (1465-1467) və IV Albert (1465-1467)
- IV Albert (təkbaşına) (1467-1505)
İstinadlar
- Christof Paulus: Machtfelder. Herzog Albrecht IV. von Bayern (1447/1465–1508) zwischen Dynastie, Territorium und Reich (= . Band 39). Böhlau, Wien u. a. 2015, ISBN 978-3-412-50138-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.