Batmış şəhərin axtarışında (film, 1987)
Batmış şəhərin axtarışında filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır.
Batmış şəhərin axtarışında | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Nicat Bəkirzadə |
Ssenari müəllifləri |
Emil Salmanov Sara Nəzirova |
Operator | Yuri Varnovski |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1987 |
Filmin digər adı | Batmış şəhərin sorağında |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 9 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | rusca |
İl | 1987 |
Texniki məlumatlar |
1 hissə 279 metr |
Rəng | rəngli |
Məzmun
Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. Bakı arxeoloqları 1968-ci ildən onun yerində-Bəndəvan burnunun ətrafında tədqiqat aparırlar. Onlar hər il tarix-diyarşünaslıq muzeylərimizin ekspozisiyasını zənginləşdirən maddi mədəniyyət nümunələri aşkara çıxarırlar.[1]
Elmi-kütləvi filmdə suyun altında çəkilmiş çoxlu kinokadr vardır.[1]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Emil Salmanov, Sara Nəzirova
Rejissor: Nicat Bəkirzadə
Operator: Yuri Varnovski
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 256
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1987-ci ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı